Son dəqiqə
Qayana və Perudan ABŞ-yə gətirilən nadir heyvanlar tələf olubKran suyundakı gizli təhlükələr: Rusiyalı mütəxəssis vacib məsləhətlər verdiTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTOBalaca pişik nəhəng pələngə meydan oxudu: Hamını heyrətləndirdiAlimlərdən maraqlı araşdırma: İsti hava gələcək nəsilləri dəyişdirə bilərABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR
10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR
Kriminal

10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR

25 mart 2026
07:48
1 baxış
Paylaş:

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub.

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub.

Gundem.today "Unikal"a istinadla xəbər verir ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını talayıblar.

Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar.

İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir boru, dörd ədəd - hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində dəmir barmaqlıqlar, evə qanunsuz daxil olmaqla oradan Ukrayna istehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay dəsti, 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində İran istehsallı üç lampalı çilçıraq, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan boşqab, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar.

Bundan başqa, bir ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində səkkiz ədəd (19-cu əsrə aid olan, Şuşa şəhərində toxunmuş - red.) antik xalçalar, 1400 manat dəyərində iki ədəd yeddi litrlik odun samovarı, bir ədəd (dəyəri 2000 manat) Çexiya istehsalı çilçıraq çağırdıqları avtomobillərə hissə-hissə yüklənib, oradan davamlı olaraq hissə-hissə daşınaraq dəyərindən ucuz qiymətə satılıblar.

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğində küllü miqdarda ziyan vurublar.

Bununla da, dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEOKriminal

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.

Bu gün
10:000
28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldıKriminal

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Dünən
21:120
Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?Kriminal

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Dünən
18:000
Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təqsirləndirilir?Kriminal

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təqsirləndirilir?

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Dünən
18:000