
"17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin edilmir? - VİDEO
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.
Şikayətçi Baku TV-yə iddia edib ki, həkim səhlənkarlığı nəticəsində görmə qabiliyyətini, demək olar ki, tamamilə itirib. Bu ağır sağlamlıq vəziyyəti ilə yanaşı, o, 17 ildir mənzil növbəsində olsa da, hələ də evlə təmin olunmayıb.
Hüseynovanın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarsa da, rəsmi qurumlar mənzil təminatını gecikdirirlər: "2010-cu ildə birinci dərəcəli gözdən əlil kimi Nəsimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışam və müvafiq sərəncam almışam. Sonradan siyahılar Sosial Xidmətlər Agentliyinə göndərildi. Agentlik tərəfindən mənə birotaqlı mənzil təyin edilsə də, hazırda balanslarında birotaqlı mənzilin olmadığını bildirirlər".
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, indiyədək yeni yaşayış komplekslərindən yüzlərlə mənzil gözdən əlilliyi olan şəxslərə təqdim edilib. Qurumun məlumatına görə, Zümrüd Daşdəmir qızı Hüseynovanın sənədlərinə baxılıb və onun birotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulub. Lakin hazırda nazirliyin balansında boş birotaqlı mənzil olmadığı üçün vətəndaşın müraciətinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq.
Ədliyyə Nazirliyindən verilən açıqlamada isə qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Mayın 5-də paytaxtın bəzi yerlərində qaz olmayacaq.
Cəmiyyət"Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir" - Yol problemi sakinlərin kabusuna çevrilib - VİDEO
Abşeron rayonu, Saray qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur. 20 ildən artıqdır ki, bu cür vəziyyət hökm sürür və ərazidə beş minə yaxın sakin yaşayır.
Cəmiyyət"17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin olunmur? - VİDEO
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.
CəmiyyətXırdalanda avtobus səki ilə hərəkət etdi - VİDEO
Xırdalanda marşrut avtobusu səki ilə hərəkət edib.