
20 ildən sonra mühüm qərar: Aİ Qırğızıstana yaşıl işıq yandırdı
Avropa İttifaqı (Aİ) Qırğızıstanın aviaşirkətlərini təhlükəsizliklə bağlı "qara siyahı"dan çıxararaq onlara Aİ ərazisinə uçuşlar həyata keçirmək üçün icazə verib.
Avropa İttifaqı (Aİ) Qırğızıstanın aviaşirkətlərini təhlükəsizliklə bağlı "qara siyahı"dan çıxararaq onlara Aİ ərazisinə uçuşlar həyata keçirmək üçün icazə verib.
Gundem.today xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının rəsmi saytında məlumat yayımlanıb.
Qırğızıstanın 2006-cı ildən etibarən həmin siyahıda yer almasının əsas səbəbləri kimi aviasiya sahəsində dövlət nəzarətinin zəifliyi, qanunvericilik bazasının yetərincə təkmil olmaması və inspektor hazırlığının aşağı səviyyədə olması göstərilirdi.
Qərar Avropa Komissiyasının may ayında keçirilən Aviasiya Təhlükəsizliyi Komitəsinin iclasında qəbul edilib. Bildirilib ki, Avropa Komissiyası Qırğızıstan aviaşirkətlərinin son illərdə əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirib.
Məlumata görə, ölkədə mülki aviasiya sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, uçuş təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilib və milli aviasiya sistemi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTailandda dəhşətli hadisə: Evdə saxlanılan meymun ailənin uşağını parçaladı
Tailandda ev şəraitində saxlanılan meymun altı yaşlı uşağı parçalayaraq öldürüb.
DünyaHər evdə olan gizli təhlükə: Adi tozsoran sağlamlığa necə zərər verə bilər?
Həkim-infeksionist xəbərdarlıq edir: vaxtında təmizlənməyən dolu tozsoran torbası allergiya, tənəffüs yolu xəstəlikləri və təhlükəli bakteriyaların yayılmasına necə səbəb olur? Zərərləri barədə ətraflı məlumat.
DünyaKosmosda möhtəşəm mənzərə: "Rəqs edən" qütb parıltısı görüntüləndi - VİDEO
NASA astronavtı Cessika Meir "Crew Dragon" kosmik gəmisindən Yerin orbitində lentə alınan parlaq yaşıl və "rəqs edən" cənub qütb parıltısının möhtəşəm videosunu paylaşıb.
Dünyaİrandan ABŞ-yə sərt mesaj: "Sizə etibar etmirik"
İran hökuməti bəyan edib ki, ABŞ ilə aparılan danışıqlarda əsas məqsəd münasibətlərin normallaşdırılması deyil, müharibənin dayandırılması və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasıdır.