Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. 2025-ci ildə "Formula-1"ə ayrılan vəsait AÇIQLANDI
2025-ci ildə "Formula-1"ə ayrılan vəsait AÇIQLANDI
İqtisadiyyat

2025-ci ildə "Formula-1"ə ayrılan vəsait AÇIQLANDI

11:32
0 baxış
Paylaş:

Xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılması ilə bağlı xərclər üzrə 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 714 milyon manat vəsaitin 655.4 milyon manatı istifadə olunub.

Xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılması ilə bağlı xərclər üzrə 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 714 milyon manat vəsaitin 655.4 milyon manatı istifadə olunub.

Gundem.today-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, xarici ölkələrdə fəaliyyət göstərən 85 diplomatik nümayəndəlik və konsulluğun saxlanılması və digər xərcləri üçün 205.2 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılması (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı, Türkiyə Respublikasındakı, Birləşmiş Ərəb Əmirliklərindəki, Mərkəzi Asiya ölkələri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 4.2 milyon manat məbləğində vəsait yönəldilib.

Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 6.1 milyon manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1.3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1.6 milyon manat istifadə olunub.

2025-ci il dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün (o cümlədən "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün 168 milyon manat, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq işləri üçün 18.8 milyon manat, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı üçün 7 milyon manat, 12-ci Qlobal Bakı Forumu üçün 3.5 milyon manat, 3-cü Şuşa Qlobal Media Forumu üçün 2.2 milyon manat, 3-cü Milli Şəhərsalma Forumu üçün 2.1 milyon manat, 8-ci "Xarıbülbül Beynəlxalq Folklor Festivalı üçün 1.7 milyon manat, Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi ilə əlaqədar tədbirlər üçün 1.2 milyon manat, "Laçın şəhəri - MDB mədəniyyət paytaxtı mövzusunda tədbir üçün bir milyon manat, digər tədbirlər üçün 8.1 milyon manat) 213.6 milyon manat məbləğində vəsait istifadə edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#dövlət_büdcəsi_2025#diplomatik_nümayəndəliklər#ticarət_aparatları#beynəlxalq_tədbirlərin_maliyyələşdirilməsi#formula_1_xərcləri#beynəlxalq_təşkilatlara_üzvlük#büdcə_icrası#azərbaycan_iqtisadiyyatı#xarici_konsulluqlar

Oxşar Xəbərlər

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibİqtisadiyyat

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün neft hasilatı ilə bağlı proqnozlarını yeniləyib.

22:360
Azərbaycan Qiymətləndiricilər Palatası may ayı üçün daşınmaz əmlak indekslərini elan edibİqtisadiyyat

Azərbaycan Qiymətləndiricilər Palatası may ayı üçün daşınmaz əmlak indekslərini elan edib

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) may ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.

13:580
Maliyyə naziri: "Neft qiymətləri cari il üçün 65 dollar götürülüb"İqtisadiyyat

Maliyyə naziri: "Neft qiymətləri cari il üçün 65 dollar götürülüb"

"Neft qiymətləri cari il üçün 65 dollar götürülüb".

13:320
Ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55%-i keçibİqtisadiyyat

Ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55%-i keçib

Maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirələri zamanı qeyri-neft-qaz gəlirlərinin artırılması hədəflərini və icmal büdcə göstəricilərini açıqlayıb.

12:000