
ABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYA
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin ölkədəki hərbi kontingentini azaltmaq qərarının rəsmi Berlin üçün təəccüblü olmadığını bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin ölkədəki hərbi kontingentini azaltmaq qərarının rəsmi Berlin üçün təəccüblü olmadığını bildirib.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Nazirin sözlərinə görə, Avropa ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün daha çox daxili resurslarına arxalanmalıdırlar.
"Almaniya bu istiqamətdə doğru yoldadır", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Almaniyada 38 min ABŞ hərbçisi xidmət edir. Eyni zamanda, Birləşmiş Ştatların Avropa və Afrika komandanlıqları da məhz bu ölkədə yerləşir.
Xatırladaq ki, ABŞ Almaniyadakı hərbi bazalarından beş min hərbçisini geri çəkəcəyini elan edib.
Amerika Birləşmiş Ştatları Almaniyadakı hərbi kontingentinin təxminən beş min nəfərlik hissəsini geri çəkəcək.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, qərar qurumun Avropadakı qüvvələrinin dislokasiyasının ətraflı şəkildə yenidən yoxlanılması, eləcə də yerlərdəki mövcud vəziyyət nəzərə alınmaqla qəbul edilib. Qoşunların çıxarılması prosesinin altı aydan bir ilədək davam edəcəyi proqnozlaşdırılır.
ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmiləri bu addımı ABŞ Prezidenti Donald Trampın İranla müharibədə Avropa müttəfiqlərinin Vaşinqtona göstərdiyi yardımın səviyyəsindən narazılığının göstəricisi kimi qiymətləndiriblər.
Nəşrin Pentaqona istinadən verdiyi məlumata görə, 2025-ci ilin dekabr ayına olan göstəricilərə əsasən, Almaniyadakı hərbi bazalarda 36 mindən çox amerikalı hərbçi yerləşdirilib. Bundan əlavə, Almaniya ərazisində 1.5 minə yaxın ehtiyatda olan hərbçi və 11.5 min mülki işçi fəaliyyət göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
DünyaABŞ doqquz milyardlıq sazişləri təsdiqlədi - Ən müasir silahlar kimə satılacaq?
ABŞ Dövlət Departamenti İranla münaqişə fonunda Yaxın Şərqdəki müttəfiqlərinə 8.6 milyard dollardan çox mümkün silah satışı sazişlərini təsdiqləyib.
DünyaRusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.
DünyaKİV: Ən pis ssenari artıq baş verib
ABŞ administrasiyasının son günlərdəki addımları onun diqqətini Ukrayna böhranından İrana qarşı müharibəyə yönəltdiyi bir vaxtda Avropa ölkələri ilə əməkdaşlıq etmək deyil, onları qınamaq və cəzalandırmaq niyyətində olduğunu sübut edir.