
ABŞ Avropadakı qüvvələrini ixtisar edir? - İtaliyadan etiraz gəldi
İtaliyanın müdafiə naziri Quido Krosetto Birləşmiş Ştatların bu ölkədəki hərbi kontingentinin sayının azaldılması üçün heç bir əsas olmadığını bəyan edib.
İtaliyanın müdafiə naziri Quido Krosetto Birləşmiş Ştatların bu ölkədəki hərbi kontingentinin sayının azaldılması üçün heç bir əsas olmadığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə "Ansa" agentliyi məlumat yayıb.
"Bunun səbəblərini anlamıram. Bizim Hörmüz boğazından istifadə etmədiyimiz hər kəsə məlumdur. Biz hətta gəmilərin mühafizəsi üzrə missiyada iştiraka hazır olduğumuzu da diqqətə çatdırdıq. Yeri gəlmişkən, bu addım Amerika hərbçiləri tərəfindən çox müsbət qarşılanıb", - deyə nazir qeyd edib.
Ötən gün ABŞ Prezidenti Donald Tramp media nümayəndələrinə müsahibəsində rəsmi Vaşinqtonun İtaliya və İspaniyadakı hərbi qüvvələrinin sayını ixtisar edə biləcəyini vurğulayıb.
Jurnalistlər Ağ Ev liderinə İtaliya və İspaniyanın ünvanına səsləndirilən tənqidlər fonunda bu məsələyə yenidən baxılıb-baxılmayacağı barədə sual ünvanlayıblar.
"Nəyə görə mən bunu etməməliyəm? İtaliya bizə heç bir köməklik göstərmədi, İspaniya isə özünü olduqca dəhşətli apardı", - deyə o cavab verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMüharibədə İrana dəyən ziyanın məbləği açıqlandı
40 günlük müharibə ərzində İsrail və ABŞ-nin İran infrastrukturuna vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir.
DünyaABŞ Hörmüzdən keçidə görə İrana ödəniş edənləri sanksiyalarla hədələdi
ABŞ İrana Hörmüz boğazından tranzitə görə ödəniş edən şəxsləri sanksiyalarla hədələyib.
Dünyaİranda partlayış: 14 SEPAH üzvü öldü
İranın şimal-qərbində İran-İraq müharibəsindən qalma sursatın partlaması nəticəsində SEPAH-ın 14 üzvü ölüb.
Dünyaİran ABŞ ilə danışıqların bərpası üçün şərt qoydu
"İran ABŞ tərəfinin öz yanaşmasını dəyişəcəyi, xüsusən də həddindən artıq tələblərdən və təxribat xarakterli hərəkətlərdən imtina edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar prosesini bərpa etməyə hazırdır".