Son dəqiqə
Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEOAkademik Zərifə Əliyevanın doğum günüdürFermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEOSamaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldıTedesko "Fənərbağça"nın baş məşqçisi vəzifəsindən qovulduHeydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək
ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək
Dünya

ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək

25 mart 2026
09:24
2 baxış
Paylaş:

ABŞ-də Nyu-Meksiko ştatının məhkəməsi azyaşlıların cinsi istismarına şərait yaratdığı üçün "Meta" korporasiyasını 375 milyon dollar məbləğində cərimələmək barədə qərar qəbul edib.

ABŞ-də Nyu-Meksiko ştatının məhkəməsi azyaşlıların cinsi istismarına şərait yaratdığı üçün "Meta" korporasiyasını 375 milyon dollar məbləğində cərimələmək barədə qərar qəbul edib.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məhkəmənin münsiflər heyəti təsdiqləyib ki, "Meta" Nyu-Meksiko ştatında istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyi pozub. Qərarda bildirilir ki, texnologiya nəhəngi cinayətkarların azyaşlılarla əlaqə qurmasına imkan yaradıb və bu da öz növbəsində insan alveri və istismarla nəticələnib. Eyni zamanda, şirkət sosial şəbəkələrdəki təhlükəli məzmunlara göz yummaqda və etibarlı olmayan məhsulların təşviqində təqsirləndirilir.

Rəsmi qurumların bildirdiyinə əsasən, korporasiya istifadəçilərin yaşını təsdiqləyən sadə qoruyucu mexanizmlərdən istifadə etməyib, əksinə, "Instagram", "Facebook" və "WhatsApp" platformalarının tam təhlükəsiz olduğunu iddia edib. "Meta" isə bu ittihamlarla razılaşmayaraq, yeniyetmələrin müdafiəsi istiqamətində hərtərəfli təhlükəsizlik sistemlərinə malik olduqlarını açıqlayıb.

İttihamnamədə, həmçinin şirkətin azyaşlıların psixoloji sağlamlığına mənfi təsir göstərdiyi vurğulanır. Platformalardakı davamlı vərəqləmə funksiyası və videoların ardıcıl olaraq avtomatik işə düşməsi uşaqlarda rəqəmsal asılılıq yaradır ki, bu cür vərdişlər də sonradan təşviş və depressiya hallarına yol aça bilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Samaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldıDünya

Samaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldı

Samaranın sabiq meri Viktor Tarxovun qətli ilə bağlı cinayət işində onun nəvəsi Yekaterina Tarxovaya qarşı ittiham yenidən təsnifləndirilib.

Bu gün
23:400
İndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar varDünya

İndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var

İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.

Bu gün
23:180
İndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var - VİDEODünya

İndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var - VİDEO

İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.

Bu gün
23:180
Melaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilərDünya

Melaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilər

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABC telekanalına müraciət edərək aparıcı Cimmi Kimmelə qarşı tədbir görülməsini tələb edib.

Bu gün
23:120