
ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, "United Airlines"ın rəhbəri Skott Kirbi iki şirkətin birləşməsi təklifini ABŞ rəsmilərinə çatdırıb. Ancaq potensial müqavilə üzrə konkret danışıqların başlanıb-başlanmadığı hələlik aydın deyil.
Adıçəkilən hər iki şirkət Amerikanın dörd ən iri aviadaşıyıcıları siyahısındadır və ölkənin hava nəqliyyatı bazarının təqribən üçdə birini əhatə edirlər.
"Bloomberg"in məlumatına görə, "United Airlines" ilə "American Airlines"in mümkün birləşməsi nəticəsində dünyanın ən nəhəng aviaşirkəti əmələ gələcək ki, bu da siyasətçilər, rəqiblər və müştərilər tərəfindən ciddi antiinhisar narahatlıqlarına və kəskin reaksiyalara yol aça bilər.
Agentlik əlavə edir ki, ABŞ və İran arasındakı hərbi münaqişənin qlobal bazarlara təsiri və bunun ardınca yaranan yanacaq böhranı birləşmə müzakirələrinə təkan verib.
S.Kirbi daha öncə şirkət əməkdaşlarına ünvanladığı məktubunda bildirmişdi ki, neft və yanacaq qiymətlərinin bahalaşması fonunda baş verə biləcək sənaye şokları yeni satınalma fürsətləri verəcək və fayda gətirəcək. Hazırda "United Airlines"in bazar dəyəri təxminən 31 milyard dollar, "American Airlines"in kapitalizasiyası isə təqribən 7,4 milyard dollar səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, bu iki nəhəng aviadaşıyıcının birləşmə prosesi ABŞ Ədliyyə və Nəqliyyat nazirlikləri tərəfindən təsdiqlənməlidir.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi daha əvvəl bildirmişdi ki, administrasiya bu tipli müqavilələri qiymətləndirərkən onların daxili və qlobal rəqabət mühitinə, eyni zamanda aviabiletlərin qiymətinə necə təsir göstərəcəyini diqqətlə təhlil edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardı
Fransa məhkəmə polisinin maliyyə bölməsinin əməkdaşları Yelisey sarayında axtarış aparıblar.
DünyaABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olub
ABŞ-nin "George Bush" aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Ərəb dənizinə gedərkən husilərin mümkün hücumlarından yayınmaq üçün Aralıq və Qırmızı dənizlərdən keçən qısa marşrutdan istifadə etməyib. Bunun əvəzinə gəmilər Afrikanın cənubundan dolanaraq alternativ marşrutla hərəkət edir.
Dünyaİspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır
İspaniya Nazirlər Şurası ölkədə olan minlərlə miqrantın yaşamasının qanuniləşdirilməsinə yönəlmiş fərmanı təsdiqləyib.
Dünya"İranla bağlı missiyamız başa çatmayıb" - "Mossad" rəhbəri əsas məqsədlərini açıqladı
"İranla bağlı missiyamız hələ başa çatmayıb".