
ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Gundem.today xəbər verir ki, o bu barədə "X" hesabında məlumat verib.
Qeyd olunub ki, nəşrin onun mütəmadi olaraq işə çıxmamasını və həddindən artıq spirtli içki qəbul etməsini iddia etməsi Patelin səbir kasasını daşdırıb.
"Sizinlə və saxta xəbərlər yayan bütün komandanızla məhkəmədə görüşərik", - deyə Patel qeyd edib.
Öz növbəsində, FTB direktorunun köməkçisi Erika Nayt da həmin platformada iddia qaldırılacağını təsdiqləyib.
Qeyd edək ki, "The Atlantic" jurnalı cümə günü öz mənbələrinə istinadən dərc etdiyi məqalədə bir çox FTB əməkdaşının K.Patelin xüsusi xidmət orqanının rəhbəri vəzifəsindən istefa verəcəyini ehtimal etdiyini bildirib. Nəşrin məlumatına görə, Patel tez-tez iş yerində olmur, alkoqoldan istifadə edir, xidməti nəqliyyat vasitələrindən, o cümlədən təyyarədən şəxsi məqsədləri üçün həddindən artıq çox yararlanır. Qeyd olunur ki, bəzi həmkarları FTB rəhbərinin davranışını dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi - FOTO
Türkiyənin paytaxtı Ankarada 2010-cu ildə öldürülən şəxsin qətlini təşkil edən və qaçaq kimi ölkə xaricində olan Barış Mirzə adlı kişi ölkəyə qayıdan kimi Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.
DünyaKİV: Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub
Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb.
Dünya48 gün sonra İrana ilk təyyarə yola düşdü
İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.
DünyaErmənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı BƏRPA ETDİ
Aprelin 1-də Moskva şəhərində baş tutan yüksək səviyyəli danışıqlar zamanı Rusiya və Ermənistan tərəfi hərbi-texniki sahədə daha öncə imzalanmış razılaşmaların icra edilməsi barədə ortaq məxrəcə gəliblər.