Son dəqiqə
Çinlilərin sayı Fransanın əhalisi qədər azalacaqİlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTOMusa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi olduPrezident iki quruma yeni səlahiyyətlər verdiŞuşada İƏT ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildiStarmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladı
ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladı
Dünya

ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladı

Bu gün
12:56
0 baxış
Paylaş:

ABŞ-nin İrana zərbələri nəticəsində sözügedən ölkəyə dəyən maddi ziyanın məbləği açıqlanıb.

ABŞ-nin İrana zərbələri nəticəsində sözügedən ölkəyə dəyən maddi ziyanın məbləği açıqlanıb.

Bu barədə Gundem.today-a İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu məlumat verib.

O vurğulayıb ki, İrana 270 milyard dollar dəyərində ziyan dəyib.

"Hücumlar nəticəsində xeyli şəhər dağıldı. 149 tarixi abidə ABŞ-İran müharibəsində ziyan gördü. Aralarında elələri var ki, bərpası mümkün deyil" .

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran-ABŞ_gərginliyi#Müctəba_Dəmirçilu

Oxşar Xəbərlər

Çinlilərin sayı Fransanın əhalisi qədər azalacaqDünya

Çinlilərin sayı Fransanın əhalisi qədər azalacaq

Çində aparılan araşdırmalara görə, yaxın 10 ildə ölkə əhalisinin sayı təxminən 60 milyon nəfər azalacaq.

Bu gün
14:280
Starmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"Dünya

Starmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, İrandakı müharibənin fəsadlarına görə britaniyalılar böyük ehtimalla bəzi vərdişlərini dəyişmək məcburiyyətində qalacaqlar.

Bu gün
14:120
Moskvada elit yaşayış binasının tikintisində yanğın: Ölənlər və yaralananlar var - VİDEODünya

Moskvada elit yaşayış binasının tikintisində yanğın: Ölənlər və yaralananlar var - VİDEO

Moskvada elit yaşayış binasının tikinti sahəsində baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

Bu gün
13:560
Beş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTODünya

Beş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTO

Amerika Birləşmiş Ştatları tərəfindən tutulmasına görə beş milyon dollar mükafat vəd edilən "El Jardinero" (Bağban) ləqəbli tanınmış narkobaron Meksikada saxlanılıb.

Bu gün
13:360