Son dəqiqə
Olimpiya mükafatçılarımızın medalları dəyişdirilirİşğaldan azad olunmuş ərazilərdə tullantı poilqonlarının tikintisinə 11 milyon manatdan çox pul xərclənəcəkİntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEOHörmüz boğazında zərbə alan gəmidəki itkin düşmüş dənizçilərin taleyi məlum oldu"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edirİspaniya XİN rəhbəri: "Müharibənin bitdiyini söyləmək hələ tezdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. ABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?
ABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?
Siyasət

ABŞ-İran razılaşmasının davamlı sülhə çevrilməsinin ŞƏRTLƏRİ - Qalib kimdir?

Bu gün
14:42
1 baxış
Paylaş:

ABŞ-İran münasibətlərində gərginliyin pik həddə çatdığı bir mərhələdə diqqətçəkən diplomatik gedişatın şahidi olduq. Donald Trampın administrasiyasının İrana qarşı planlaşdırılan hərbi əməliyyatları iki həftəlik dayandırmaq qərarı regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Bu addımın Hörmüz boğazı üzərindən nəqliyyatın təhlükəsiz şəkildə bərpası ilə şərtləndirilməsi isə enerji təhlükəsizliyi və qlobal ticarət baxımından proseslərin nə qədər kritik olduğunu ortaya qoyur.

ABŞ-İran münasibətlərində gərginliyin pik həddə çatdığı bir mərhələdə diqqətçəkən diplomatik gedişatın şahidi olduq. Donald Trampın administrasiyasının İrana qarşı planlaşdırılan hərbi əməliyyatları iki həftəlik dayandırmaq qərarı regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Bu addımın Hörmüz boğazı üzərindən nəqliyyatın təhlükəsiz şəkildə bərpası ilə şərtləndirilməsi isə enerji təhlükəsizliyi və qlobal ticarət baxımından proseslərin nə qədər kritik olduğunu ortaya qoyur.

Eyni zamanda, ABŞ, İran və region ölkələri arasında paralel şəkildə aparılan danışıqlar tərəflərin artıq hərbi qarşıdurmadan çox siyasi razılaşmaya fokuslandığını göstərir. Tehranın irəli sürdüyü şərtlər və Vaşinqtonun mümkün güzəştləri ətrafında formalaşan bu tendensiya Yaxın Şərqdə uzunmüddətli sabitlik perspektivləri baxımından ciddi əhəmiyyət daşıyır. Beləliklə, qarşıdakı iki həftə yalnız taktiki fasilə deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək həlledici mərhələ kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Gundem.today-a danışan politoloq Rəşad Bayramov bildirib ki, ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması qısa müddətli sakitlikdən daha çox regionda potensial strateji dəyişikliklər üçün bir platforma yaradır:

"Bu razılaşma həm hərbi, həm də diplomatik baxımdan mühüm siqnaldır. Çünki tərəflər eskalasiyanı dayandırmaqla eyni zamanda regional oyunçulara, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və bütövlükdə Körfəz ölkələrinə öz mövqelərini nümayiş etdirirlər. Praktik baxımdan atəşkəs həm ABŞ, həm də İran üçün manevr sahəsi açır. Belə ki, ABŞ nüvə proqramının məhdudlaşdırılması və ballistik raket proqramının monitorinqi istiqamətində strateji üstünlük qazanmaq istəyir, İran isə öz regional təsirini və daxili siyasi sabitliyini qorumağa çalışır".

"Bölgədə dəyişikliklərin birinci və ən açıq göstəricisi müharibə riskinin azalmasıdır. Tərəflər arasında birbaşa toqquşmaların qarşısı alındığı üçün regional ticarət yolları, enerji nəqli və iqtisadi fəaliyyətlər müəyyən qədər sabitləşə bilər. Eyni zamanda, İranın təsir dairəsində olan qruplar və müttəfiq təşkilatlar da atəşkəsdən sonra daha ehtiyatlı hərəkət edəcəklər. Çünki regionda eskalasiya riski yüksək olaraq qalır. Bu isə bir tərəfdən müvəqqəti sabitlik, digər tərəfdən isə uzunmüddətli strateji balans üçün zəruri şərait yaradır", - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, tərəflərin bir-birinin şərtlərini tam qəbul etməsi ehtimalı hələlik çox aşağıdır:

"ABŞ İranın nüvə materiallarını tamamilə ölkədən çıxarmasını, uranın zənginləşdirilməsinin dayandırılmasını və ballistik raket proqramının məhdudlaşdırılmasını tələb edir. Bu istəklər İran üçün strateji "qırmızı xətt" sayılır və onun tam qəbul olunması Tehranın regional mövqeyinə ciddi təsir göstərə bilər. Öz növbəsində İranın da 10 bəndlik planda ABŞ-nin tələblərinə tamamilə əks mövqedən çıxış etməsi danışıqların uğurlu olacağına və bunun davamlı sülhə gətirib çıxaracağına dair ciddi suallar doğurur. Amma bütün bunlara baxmayaraq mərhələli kompromislər mümkündür. Yəni nüvə proqramının müəyyən səviyyədə monitorinq altında saxlanılması, bəzi texniki məhdudiyyətlərin tətbiqi və s. nəzərdə tutulur".

"Regionda digər aktorlar üçün də əhəmiyyətli dəyişikliklər gözlənilir. İsrail və Körfəz ölkələrinin atəşkəsdən sonra diplomatik və hərbi hazırlıqlarını yenidən nəzərdən keçirməsi, həmçinin İranın hər hansı yeni hərbi fəaliyyətlərinə qarşı monitorinqi gücləndirəcyi gözləniləndir. Eyni zamanda, diplomatik vasitəçilər, məsələn Pakistan, Türkiyə kimi dövlətlər də danışıqların davamlılığı üçün mühüm rol oynayacaqlar" - analitik vurğulayıb.

Onun sözlərinə görə, əldə olunan atəşkəs həm müvəqqəti sabitlik yaradır, həm də regionda strateji balansın dəyişmə potensialını artırır:

"Amma tərəflərin şərtləri tam qəbul etməsi hələlik real görünmür. Uzunmüddətli sülh və stabillik üçün ABŞ və İranın həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə qarşılıqlı anlaşmaya və real kompromislərə getməsi vacibdir. Əks halda bu atəşkəs sadəcə qısa fasilə olacaq və region yenidən gərginliyə sürüklənəcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İran-ABŞ_gərginliyi#İran-İsrail_münaqişəsi#Yaxın_Şərq

Oxşar Xəbərlər

İlham Əliyev Məsud Pezeşkiana zəng etdiSiyasət

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Bu gün
15:301
Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTOSiyasət

Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO

Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.

Bu gün
14:582
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildiSiyasət

Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi

Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bu gün
14:211
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olduSiyasət

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.

Bu gün
14:132