
ABŞ İrana qarşı yenidən hücuma hazırlaşır?
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir.
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir.
Gundem.today xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkəti xidmətlərindəki mənbəsinə istinadən məlumat yayıb.
"Hazırda Fars və Oman körfəzlərinin suları üzərində ən azı altı "Boeing KC-135R Stratotanker" və "Boeing KC-46A Pegasus" tipli hərbi-nəqliyyat yanacaqdolduran təyyarənin uçuşu müşahidə olunur", - deyə agentliyin mənbəsi qeyd edib.
Mənbə həmçinin əlavə edib ki, bundan bir qədər əvvəl Yaxın Şərqdəki hərbi bazaların birindən havalanan "Northrop Grumman MQ-4C Triton" markalı kəşfiyyatçı pilotsuz uçuş aparatı da eyni akvatoriya üzərində öz uçuşunu yekunlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər
İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər.
DünyaÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.
Dünya"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.
DünyaAğ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO
Ağ Ev ABŞ Prezidenti Donald Trampın məşhur "Ulduz müharibələri" filminin personajı obrazında fotosunu yayımlayıb.