
ABŞ İranla "böyük sazişi" imzalamağı hədəfləyir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Trampın İranla imzalamağı hədəflədiyi "böyük saziş"in əldə olunması istiqamətində səylərini əsirgəməyəcək.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Trampın İranla imzalamağı hədəflədiyi "böyük saziş"in əldə olunması istiqamətində səylərini əsirgəməyəcək.
Gundem.today xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ötən həftəsonu Pakistanda İran nümayəndələri ilə görüşən və ehtimal olunan növbəti mərhələyə də rəhbərlik edəcəyi gözlənilən Vens vurğulayıb ki, ABŞ ilə İran arasındakı çoxillik inamsızlığa baxmayaraq, İslamabaddakı tərəf müqabilləri razılaşmanın əldə olunmasında maraqlı idilər.
"Bizim indiyə qədər əldə etdiyimiz nəticələr məni çox qane edir", - deyə o, çərşənbə axşamı Corciya ştatında keçirilən "Turning Point USA" tədbirində çıxışı zamanı qeyd edib.
Vitse-prezident Trampın bu sazişi reallaşdırmaq əzmini yüksək qiymətləndirib. "O, kiçikmiqyaslı bir müqavilə ilə kifayətlənmək niyyətində deyil. O, möhtəşəm bir razılaşma əldə etmək istəyir", - deyə Vens vurğulayıb.
"Sazişin indiyədək imzalanmamasının əsas səbəbi odur ki, prezident elə bir müqavilə istəyir ki, orada İranın nüvə silahına sahib olmaması və terrorizmi maliyyələşdirməməsi təmin edilsin. Eyni zamanda, İran xalqı inkişaf edərək qlobal iqtisadiyyata inteqrasiya edə bilsin. Məhz belə bir razılaşma təklif olunur. Biz danışıqlar prosesini davam etdirərək öz məqsədimizə çatmağa çalışacağıq. Buna görə də mən bu istiqamətdə mübarizəmi davam etdirəcəyəm", - deyə Vens əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqların ikinci raundu barədə QƏRAR VERİB?
İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
DünyaHindistanda partlayış: Çox sayda ölən var - VİDEO
Hindistanın cənubundakı Tamilnad ştatında fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb.
Dünyaİran ABŞ ilə danışıqların ikinci raundunda iştiraka razılaşdı
İran ABŞ ilə İslamabadda danışıqların ikinci turunda iştirak etməyə razılaşıb.
Dünyaİsrail Livanın cənubunda atəşə hazır raket qurğusunu məhv etdi
İsrail hökuməti Livanın cənub bölgəsində atəş üçün tam hazır vəziyyətdə olan raket qurğusunu vurduğunu açıqlayıb.