Son dəqiqə
Zaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaq"Qol maşını" Oskar Kardozo karyerasını bitirdiAzərbaycan Avropa çempionatında medal hesabını açdıGürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcəkBir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcəkMüslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi 50 illik rekordu yenilədi
ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi 50 illik rekordu yenilədi
Dünya

ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi 50 illik rekordu yenilədi

Bu gün
14:40
0 baxış
Paylaş:

ABŞ-ə məxsus "Gerald R. Ford" təyyarədaşıyan gəmisi döyüş bölgəsində ən uzun müddət qalmaqla son 50 il ərzində yeni rekorda imza atıb.

ABŞ-ə məxsus "Gerald R. Ford" təyyarədaşıyan gəmisi döyüş bölgəsində ən uzun müddət qalmaqla son 50 il ərzində yeni rekorda imza atıb.

Gundem.today xəbər verir ki, bu informasiyanı "Associated Press" (AP) agentliyi "US Naval Institute News" qeyri-hökumət təşkilatının hesabatına əsaslanaraq yayımlayıb.

Sözügedən rekord aprelin 15-i çərşənbə günü qeydə alınıb. Həmin tarix "Gerald R. Ford"un döyüş ərazisində fasiləsiz dəniz missiyasını icra etməsinin 295-ci günü kimi qeydə alınıb.

Son yarım əsrdə əvvəlki ən yüksək göstəricisi 2020-ci ildə koronavirus pandemiyası dövründə 294 gün dənizdə olan "Abraham Linkoln" təyyarədaşıyanına məxsus idi.

ABŞ təyyarədaşıyanlarının döyüş şəraitində ən uzunmüddətli fəaliyyətinə dair mütləq rekord isə artıq donanmadan xaric edilmiş "USS Midway" gəmisinə aiddir. Sözügedən gəmi Vyetnam müharibəsi gedişatında, 1972-1973-cü illərdə ardıcıl olaraq 332 gün sularda qalıb.

Həmçinin, 2020-2021-ci illərdə "Nimitz" təyyarədaşıyanının şəxsi heyəti ümumi hesabla 341 gün xidməti tapşırıqda olaraq sahilə çıxmayıb. Ancaq bu müddətə ABŞ sahillərindəki uzunmüddətli karantin şəraiti də daxil idi, çünki gəmi COVID-19 infeksiyasının yayılmasına yol verməmək məqsədilə planlı şəkildə dənizdə saxlanılmışdı.

"Gerald R. Ford" öz missiyasına 2025-ci ilin iyununda Virciniyanın Norfolk limanından Aralıq dənizi istiqamətinə hərəkət etməklə başlayıb. Oktyabrda Karib hövzəsinə istiqamətləndirilən gəmi ardınca Venesuela lideri Nikolas Maduronun tutulması əməliyyatına cəlb olunub. Vaşinqtonla Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda isə gəmi Yaxın Şərq regionuna yola salınıb.

Virciniyanı təmsil edən demokrat senator Tim Keyn vurğulayıb ki, bu qədər uzun müddət dənizdə qalmaq gəmi heyətinin psixoloji vəziyyətinə və ümumi rifahına mənfi təsir edib.

O, həmçinin əlavə edib ki, yaxınlarda baş vermiş yanğın hadisəsi səbəbindən 600 hərbçi müvəqqəti olaraq yatacaq yerindən məhrum olub.

Hərb Nazirliyinin (Pentaqon) nümayəndələri "Gerald R. Ford"un missiyasının tam olaraq nə vaxt bitəcəyi barədə açıqlama verməyiblər. Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki rəhbər şəxsi daha öncə gəminin dənizdə təqribən 11 ay vaxt keçirəcəyini söyləmişdi. Agentliyin proqnozlarına əsasən, bu o deməkdir ki, gəmi təqribən mayın sonlarında Birləşmiş Ştatlara geri dönəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#ABŞ_Hərb_Nazirliyi_(Pentaqon)#Təyyarədaşıyan_gəmi

Oxşar Xəbərlər

Gürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcəkDünya

Gürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcək

Gürcüstan hökuməti yüksəkgəlirli xarici vətəndaşlar üçün xüsusi viza növü tətbiq edib.

Bu gün
17:240
ABŞ İranı növbəti dəfə hədələdiDünya

ABŞ İranı növbəti dəfə hədələdi

Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İranın dəniz blokadasını davam etdirərək, Tehranın yanlış addım atacağı təqdirdə ölkənin enerji infrastrukturuna hücum edə bilər.

Bu gün
17:120
ABŞ Suriyadan çıxdı: 12 illik hərbi missiyaya son qoyulduDünya

ABŞ Suriyadan çıxdı: 12 illik hərbi missiyaya son qoyuldu

Birləşmiş Ştatlar Yaxın Şərq regionunda yerləşən dövlətlərdən birindəki hərbi fəaliyyətini yekunlaşdırıb.

Bu gün
17:040
Hörmüz boğazında yeni marşrut: İran gəmiləri ABŞ blokdasını necə yardılar?Dünya

Hörmüz boğazında yeni marşrut: İran gəmiləri ABŞ blokdasını necə yardılar?

İranla əlaqəsi olan ən azı üç gəmi Hörmüz boğazından Fars körfəzinə daxil olarkən ABŞ-nin tətbiq etdiyi blokadanı yarmaq məqsədilə əvvəllər istifadə olunmayan marşrutu seçib.

Bu gün
17:000