
ABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri özəl mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Pentaqon rəhbəri Pit Heqsetdən istefaya göndəriləcəyini öyrənən Felan Trampla görüşmək məqsədilə bir neçə telefon danışığı aparıb. Çərşənbə günü ABŞ prezidentinin boş vaxtı yarandıqda Felan ondan HDQ naziri postunda saxlanmasını xahiş edib, lakin dövlət başçısı Heqsetin mövqeyini dəstəkləyib.
Nəşrin məlumatına əsasən, Heqset və birinci müavini Stiven Feynberq Trampa Felanın istefaya göndərilməsi qərarını onun Ağ Ev rəhbərinin gəmiqayırma sahəsindəki planlarını kifayət qədər operativ şəkildə həyata keçirməməsi ilə izah ediblər. Bu səbəbdən Hərbi Dəniz Qüvvələrinə yeni rəhbərin gəlməsinin vacibliyi qənaətinə gəlinib.
Qeyd edək ki, aprelin 22-də Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində bildirib ki, Felan administrasiyadakı postunu tərk edir və qərar dərhal qüvvəyə minir. O, istefanın səbəblərini açıqlamadan əlavə edib ki, HDQ naziri vəzifəsini müvəqqəti olaraq Felanın birinci müavini Hanq Kao icra edəcək.
Daha sonra "Axios" portalı özünün mənbələrinə istinadən xəbər verib ki, Pit Heqset Felanı aralarındakı fikir ayrılıqlarına görə işdən çıxarıb. Portalın mənbələrinin məlumatına görə, sabiq HDQ nazirinin prezidentlə yaxşı münasibətləri olub. Lakin Heqset hesab edib ki, Felan birbaşa dövlət başçısına hesabat verməklə subordinasiyanı pozub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan Hörmüz boğazından keçidlə bağlı Rusiyaya güzəşt
"Tehran Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərdən alınan keçid rüsumları ilə bağlı Rusiya və bəzi digər ölkələr üçün xüsusi güzəştlər nəzərdə tutub".
Dünya"Brent" markalı neftin qiyməti 105 dolları keçdi
Qlobal bazarda neft bahalaşıb.
DünyaRusiyada FTX məmurlara qarşı terror planını pozdu
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
DünyaRusiyada FTX məmurlara qarşı terror planını pozdu - VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.