Son dəqiqə
Tehran aeroportu fəaliyyətini bərpa etdiMakron ABŞ-ni etibarsız müttəfiq hesab etdiAzərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB - FOTONikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? - FOTOTrampın varisi kim olacaq?Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI
Dünya

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI

Bu gün
13:00
0 baxış
Paylaş:

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.

Gundem.today xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.

Qeyd olunur ki, hücumların başlanmasından 55 gün keçib. Bu ana qədər ABŞ-nin xərcləri 61.2 milyard dollar təşkil edir.

Portalın məlumatına görə, münaqişənin ilk 6 günündə Birləşmiş Ştatlar 11.3 milyard dollar xərcləyib. Hesablamalara görə, hərbi əməliyyatlar Vaşinqtona saniyədə 11.5 min, saatda 41 666 667 və sutkada bir milyard dollara başa gəlir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#İran#hərbi_əməliyyatlar#münaqişə_xərcləri#Vaşinqton#hərbi_büdcə#Iran_War_Cost_Tracker#maliyyə_xərcləri#ABŞ_ordusu

Oxşar Xəbərlər

Tehran aeroportu fəaliyyətini bərpa etdiDünya

Tehran aeroportu fəaliyyətini bərpa etdi

İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı öz işini yenidən bərpa edib.

Bu gün
15:060
Makron ABŞ-ni etibarsız müttəfiq hesab etdiDünya

Makron ABŞ-ni etibarsız müttəfiq hesab etdi

Fransanın dövlət başçısı Emmanuel Makron Vaşinqtonu tam güvənilən tərəfdaş kimi qəbul etmədiyini açıqlayıb.

Bu gün
15:000
Trampın varisi kim olacaq?Dünya

Trampın varisi kim olacaq?

ABŞ Prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən bəziləri Dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkisində real namizəd kimi nəzərdən keçirirlər.

Bu gün
14:360
Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldüDünya

Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü

Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub.

Bu gün
14:240