
ABŞ-nin sirli silahı - İtkin pilot yeni texnologiya ilə tapılıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda "Ghost Murmur" adlı gizli texnologiyanı tətbiq edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda "Ghost Murmur" adlı gizli texnologiyanı tətbiq edib.
Gundem.today xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Bildirilib ki, texnologiya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" təyyarəsinin İranda vurulmasından sonra itkin düşən pilotun axtarışı zamanı istifadə olunub. "Ghost Murmur" uzaq məsafədən kvant maqnitometriyası vasitəsilə insanın ürək döyüntüsünün elektromaqnit izini müəyyən edir və süni intellekt vasitəsilə bu siqnalı fon səs-küyündən ayırır.
Məlumata görə, CIA bu texnologiyanı ilk dəfə real şəraitdə tətbiq edib. Mənbə bildirib ki, sistem minlərlə kvadratkilometr ərazidə belə insanın yerini müəyyən etməyə imkan verir.
Texnologiyanın "Lockheed Martin" şirkətinin məxfi "Skunk Works" bölməsi tərəfindən hazırlandığı qeyd olunur. Şirkət məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Digər mənbəyə görə, sistem "Black Hawk" helikopterlərində sınaqdan keçirilib və gələcəkdə "F-35 Lightning II" qırıcılarında tətbiqi nəzərdən keçirilir.
İtkin düşən pilot ("Dude 44 Bravo" ləqəbi ilə tanınır) təyyarəsi vurulduqdan sonra dağlıq ərazidə gizlənərək iki gün sağ qala bilib. Ərazidə elektromaqnit maneələrin az olması və insanların olmaması texnologiyanın effektiv işləməsinə şərait yaradıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, CIA pilotu təxminən 65 km məsafədən müəyyən edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya56 ildən sonra bənzər kadr: Ayın uzaq tərəfindən çəkilən möhtəşəm görüntü
"Artemis II" missiyası çərçivəsində "Orion" kosmik gəmisinin ekipajı tərəfindən çəkilmiş, 1968-ci ilə aid məşhur Ay fotosunun bənzəri olan görüntü yayımlanıb.
Dünya"Bitcoin"in qiyməti Trampın bəyanatları fonunda 6%-dən çox artıb
"Bitcoin"in qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs bəyanatları fonunda 6%-dən çox artıb.
DünyaABŞ-İran danışıqlarının ilk raundunun baş tutacağı tarix məlum oldu
ABŞ və İran arasında nizamlanma üzrə danışıqların ilk raundunun aprelin 10-da keçirilməsi gözlənilir.
DünyaPakistanın baş naziri: "İran və ABŞ-nin razılaşdığı atəşkəs bütün bölgədə qüvvədə olmalıdır"
"İran və ABŞ arasında razılaşdırılan atəşkəsin Livanda və bütün bölgədə qüvvədə olması nəzərdə tutulur".