Valyuta
USD1.7000EUR1.9591Qızıl233.10
Son xəbər
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEOÇempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEO
Gündəm
Ana səhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünya
HavaNamazValyutaQızıl
BaşlanğıcXəbərlərHavaNamaz
Gündəm

Azərbaycanın gündəmi bir yerdə — xəbər, valyuta, qızıl, hava və namaz vaxtları.

Kateqoriyalar

SiyasətİqtisadiyyatTexnologiyaİdman

Faydalı

Valyuta məzənnəsiQızıl qiymətiAxtarış
© 2026 Gündəm
  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir
ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir
Dünya

ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir

Dünən
15:58
Paylaş:

ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib.

ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib.

Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb.

Tehran BMT müfəttişlərinin ən həssas nüvə mərkəzlərinə girişinə qadağa qoyub, bu səbəbdən yüksək dərəcədə zənginləşdirilmiş uranın hazırkı vəziyyəti barədə dəqiq məlumat yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirmələrinə görə, İranın əlində 60 faizədək zənginləşdirilmiş təxminən 440 kq uran qala bilər ki, bunun da əsas hissəsinin İsfahan yaxınlığında saxlanıldığı ehtimal edilir. Bu miqdarda uran əlavə zənginləşdirildikdən sonra doqquz və ya on nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. ABŞ kəşfiyyatı İranın həmin ehtiyatlara hələ də nəzarət etdiyini düşünür.

Hücumlar nəticəsində Fordo və Natanzdakı obyektlərə ciddi ziyan dəysə də, infrastrukturu tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Natanz yaxınlığında yerləşən və sentrifuqaların istehsalı üçün nəzərdə tutulan Pikaks dağı ətrafındakı yeraltı kompleksin inşası İran tərəfindən davam etdirilib. İran üzrə mütəxəssis, fizik Ceyms Ekton hesab edir ki, nəzarət mexanizmləri olmadığı təqdirdə Tehran bir ildən də az müddətdə nüvə silahı əldə etmək potensialına malikdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran_nüvə_proqramı#ABŞ_zərbələri#uran_zənginləşdirmə#MAQATE#Nətənz#Fordo#İsfahan#nüvə_bombası#ABŞ_və_İran_danışıqları#Donald_Tramp.

Oxşar Xəbərlər

"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiDünya

"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildi

Çinin Mərkəzi Meteorologiya Stansiyası "Dolfin" qasırğasının yaxınlaşması ilə əlaqədar ən yüksək - qırmızı səviyyəli xəbərdarlıq elan edib.

Bu gün · 13:20
İstanbulda bina qismən uçdu: Sakinlər təxliyə edildilər - FOTODünya

İstanbulda bina qismən uçdu: Sakinlər təxliyə edildilər - FOTO

İstanbulun Güngören rayonunda beşmərtəbəli binanın birinci mərtəbəsi naməlum səbəbdən qismən uçub.

Bu gün · 11:56
Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEODünya

Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEO

Bu gün İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar.

Bu gün · 11:42
"Saudi Aramco"nun neft emalı zavodunda yanğın baş verib - FOTO - VİDEODünya

"Saudi Aramco"nun neft emalı zavodunda yanğın baş verib - FOTO - VİDEO

Yanğınsöndürmə dəstələri Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Qırmızı dəniz sahilində yerləşən Cizan şəhərindəki neft emalı zavodunun (NEZ) obyektlərindən birində baş verən yanğını söndürüblər.

Bu gün · 11:14