
ABŞ nümayəndə heyəti İranla danışıqlara gedir: Səhnə arxasında nə baş verir?
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Pakistanın paytaxtı İslamabadda Tehranla keçiriləcək müzakirələrdən uğurlu nəticələr gözlədiyini ifadə edib.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Pakistanın paytaxtı İslamabadda Tehranla keçiriləcək müzakirələrdən uğurlu nəticələr gözlədiyini ifadə edib.
Gundem.today xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
"Müzakirələrin başlamasını böyük maraqla gözləyirik. İnanıram ki, bu prosesin sonu müsbət olacaq. Əgər İran tərəfi səmimi şəkildə dialoqa girmək niyyətindədirsə, biz dəstək göstərməyə tam hazırıq. Lakin bizi aldatmağa cəhd etsələr, nümayəndə heyətimizin buna adekvat reaksiya verəcəyini anlamalıdırlar" , -deyə o, media nümayəndələrinə açıqlamasında bildirib.
Öz növbəsində, ABŞ rəhbəri Donald Tramp NBC kanalına müsahibəsində qeyd edib ki, ABŞ və İran qısa müddət ərzində mövcud ixtilafların həllinə dair ortaq məxrəcə gələ bilərlər.
Ağ Evin yaydığı məlumata əsasən, vitse-prezident Vens, dövlət başçısının xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerdən ibarət ABŞ nümayəndə heyəti İranla təmaslar qurmaq məqsədilə Pakistana gedəcək.
Vaşinqton və Tehran arasındakı dialoqun ilkin mərhələsinin aprel ayının 10-da İslamabadda reallaşması planlaşdırılırdı. Sonradan isə müzakirələrin aprelin 11-nə təxirə salına biləcəyi haqqında xəbərlər dolaşmağa başlayıb.
İran KİV-i isə bu gün səhər saatlarında yazıb ki, İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçı və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf rəsmi nümayəndə heyətinin tərkibində ölkədən kənara çıxmayıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Artemis II" astronavtlarının Yerə eniş edəcəyi ərazi açıqlanıb
Aya uçuş həyata keçirmiş "Artemis II" missiyası üzrə astronavtların enişdən sonra xilasetmə əməliyyatı ABŞ-nin Kaliforniya ştatının San-Dieqo sahilləri yaxınlığında baş tutacaq.
DünyaƏfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb: Ölən və yaralananlar var
Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda istirahət edən insanlara atəş açıblar.
DünyaPakistanın baş naziri: "ABŞ və İran arasında danışıqlar aprelin 11-də başlayacaq"
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ və İran arasında sülh danışıqlarının aprelin 11-də paytaxt İslamabadda başlayacağını bildirib.
DünyaAvropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Avropa qarşıdakı yay mövsümündə ciddi aviasiya yanacağı çatışmazlığı riski ilə üzləşə bilər. Bu səbəbdən bir sıra ölkələrdə hava nəqliyyatının fəaliyyətində problemlərin yaranması mümkündür.