
Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO
Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.
Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.
AzTV komandası sözün əsl mənasında dağın ən yüksək hissəsinə gedib. Amma bu dağ artıq dağ olmaqdan çıxıb. Çünki hər addımda bir fərdi yaşayış evi var. Bu mənzərə onu göstərir ki, evlərin sayı günü-gündən artmaqda davam edir.
Ərazidə xeyli sayda boş torpaq sahələri mövcuddur və bu sahələr artıq hasara alınıb, satışa çıxarılıb. Maraqlısı isə budur ki, bu torpaqları kim və necə satır?
Ərazidə yüzlərlə belə ev var. Tikilən hər 10 evdən yalnız birində çıxarış tapmaq mümkündür, digərləri isə sənədsizdir. Sakinlərin sözlərinə görə, əksər hallarda yalnız bələdiyyə sənədi təqdim olunur.
Bu bələdiyyə sənədini necə əldə etmək mümkündür? AzTV əməkdaşları bu məqsədlə Hökməli bələdiyyəsinə üz tutublar. Alıcı qismində yaxınlaşıb beş sot torpaq almaq istədiklərini bildiriblər. Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs əməkdaşı satışda olan torpaq sahəsinə aparıb.
- Burada bir neçə belə sahə var. Yaxşı yerdir.
- Bələdiyyə sənədi verilir?
- Bəli, sənədlər var, qeydiyyat aparılır.
- Qazı, suyu, işığı varmı?
- Hələ yoxdur. Amma ev tikiləndən sonra çəkmək mümkündür.
- Çıxarış veriləcək?
- Hazırda bununla bağlı layihə hazırlanır. Torpaq komitəsində kadastr qeydiyyatı aparılıb, sonradan dövlət portalına yerləşdiriləcək.
Torpaq sahəsinin qiyməti ilə bağlı isə belə cavab verildi:
- Bu sahə təxminən 8 min manatadır. Amma bir az danışıq yeri var, daha ucuz da etmək olar.
Satıcı alıcıları əmin etməyə çalışır:
- Narahat olmayın, sabah başqa qurum gəlib əlavə pul tələb etməz.
Hətta tikintini necə tezləşdirmək barədə də "məsləhətlər" verilir:
- Əvvəlcə yavaş-yavaş başlayın, sonra işi sürətləndirərsiniz.
Göründüyü kimi, bu proses düşündüyümüzdən də asandır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Bildirildi ki, sorğu aidiyyəti şöbəyə yönləndirilib və araşdırma aparıldıqdan sonra məlumat veriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
Cəmiyyətİyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirəcək. Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
CəmiyyətEkspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Son zamanlar piyadaların yüksəksürətli yollardan keçərək sürücülərə çətin anlar yaşatması və bəzən qəzalara səbəb olması halları ilə tez-tez qarşılaşırıq.
Cəmiyyət"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO
2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb.