
ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.
Müsahibədə, həmçinin regional əməkdaşlıq perspektivləri, tranzit yükdaşımalarının genişləndirilməsi və Azərbaycan üzərindən keçən logistika marşrutlarının gələcək inkişaf imkanları barədə mühüm məqamlara toxunulub.
Gundem.today həmin müsahibəni təqdim edir:
- Yaxın Şərqdə baş verən son münaqişə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafına necə təsir göstərdi?
- Əslində, son hadisələr bir daha göstərdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi mürəkkəb geosiyasi şəraitdə də öz əhəmiyyətini qoruyur. Bu münaqişə fonunda dəhlizin alternativ və etibarlı marşrut kimi rolu daha da ön plana çıxıb. Xüsusilə Azərbaycandan keçən şərq qanadı üzrə mövcud buraxılış gücü post-münaqişə dövründə əlavə üstünlüklər yaradıb və yükdaşımaların davamlılığını təmin edib.
- Azərbaycanın dəhliz üzrə mövqeyini necə qiymətləndirirsiniz?
- Bu gün tərəfdaşlarımızla, o cümlədən rusiyalı həmkarlarımızla müzakirələrdə də qeyd olunur ki, "Şimal-Cənub" dəhlizinin Azərbaycandan keçən hissəsi əsas strateji üstünlüklərdən biridir. Bu baxımdan xüsusilə Astara terminalı və ümumilikdə Azərbaycanın logistika infrastrukturu mühüm rol oynayır.
Hazırda infrastruktur layihələrinin təxminən 92%-i tamamlanıb. Əgər hər hansı fors-major hal baş verməzsə, yaxın 2-3 ay ərzində terminalın tam istifadəyə verilməsi gözlənilir.
- ADY Ermənistandan Azərbaycana [Gürcüstan vasitəsilə - red.] yüklərin daşınması imkanlarına malikdirmi? Ermənistan məhsullarının ADY-nin qatarları ilə Azərbaycana tədarükü müzakirə olunurmu?
- Artıq bu gün Azərbaycan dəmir yolu infrastrukturu vasitəsilə həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana yüklərin tranzit daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın idxal rejimi çərçivəsində də yüklər daşınır.
Biz dəmir yolu operatoru olaraq bu yüklərin texniki baxımdan daşınmasını və çatdırılmasını təşkil edirik. Yük sahiblərinin maraqlarından asılı olaraq marşrutları genişləndirmək mümkündür. Bu baxımdan, Ermənistandan Azərbaycana, Ermənistandan Rusiyaya və hətta daha geniş coğrafiyada - məsələn, Çin istiqamətinə qədər daşımaların təşkili potensial olaraq mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Cəmiyyət"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində aprelin 6-da baş vermiş torpaq sürüşməsi hələ də aktivliyini davam etdirir.
Cəmiyyət31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.
CəmiyyətKondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? - VİDEO
Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.