
Aeroport yolundakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib.
Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib.
Gundem.today xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir:
"Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır".
"Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücüyə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik", - müraciətdə qeyd edilib.
Qeyd edək ki, hadisə zamanı "Toyota" və "Audi" markalı avtomobillər toqquşub. Nəticədə "Audi" markalı avtomobil aşıb və üç nəfər xəsarət alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMingəçevirdə 33 yaşlı qadın ikinci mərtəbədən yıxıldı
Mingəçevir şəhərində 1993-cü il təvəllüdlü qadın ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisənin təfərrüatları araşdırılır.
HadisəBakıda iki nəfər FACİƏLİ ŞƏKİLDƏ ölüb
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
HadisəXaçmazda 37 yaşlı kişi kanalda boğulub
Xaçmazda 37 yaşlı kişi kanalda boğulub.
HadisəQobustanda FACİƏ: 9 yaşlı oğlan öldü
Qobustan rayonunda 9 yaşlı oğlan faciəli şəkildə ölüb.