
Ağ Ev baş verən atışmanı sui-qəsd cəhdi kimi qiymətləndirdi
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı baş verən atışma onun həyatına sui-qəsd cəhdi kimi qiymətləndirilib.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı baş verən atışma onun həyatına sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Gundem.today xəbər verir ki, bu barədə aprelin 27-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
"Bu, son iki ildə Prezident Trampa qarşı üçüncü böyük sui-qəsd cəhdidir. Tarixdə heç bir prezident belə təkrarlanan və həyatına qəsd cəhdləri ilə üzləşməyib", - deyə o, brifinqdə bildirib.
* Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
Sözçü şübhəli şəxsin operativ şəkildə saxlanılmasına görə hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Onun sözlərinə görə, demokratlar Trampı və onun tərəfdarlarını sistemli şəkildə demonizasiya edir ki, bu da hücumları təşviq edir. Livitt qeyd edib ki, "sol radikal nifrət mühiti" artıq bir neçə insanın ölümünə səbəb olub və bu həftəsonu oxşar hadisə az qala təkrarlanacaqdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSamaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldı
Samaranın sabiq meri Viktor Tarxovun qətli ilə bağlı cinayət işində onun nəvəsi Yekaterina Tarxovaya qarşı ittiham yenidən təsnifləndirilib.
Dünyaİndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var
İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.
Dünyaİndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var - VİDEO
İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.
DünyaMelaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilər
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABC telekanalına müraciət edərək aparıcı Cimmi Kimmelə qarşı tədbir görülməsini tələb edib.