
Ağdamda orta məktəbdə dava: Xadimə direktora hücum etdi
Ağdam rayonunda orta məktəbdə dava olub.
Ağdam rayonunda orta məktəbdə dava olub.
Gundem.today-ın məlumatına görə, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.
Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb. Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.
HadisəMəktəbli qız dəm qazından zəhərləndi
Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.
HadisəCəlilabadda yolun bir hissəsi çöküb - FOTO
Cəlilabad şəhərində yolun bir hissəsində çökmə baş verib.
HadisəAğsuda məktəbli qardaşlara xəsarət yetirildi - Saxlanılan var
Ağsu rayonunda bıçaqlanma olub.