
Aktyor Metyu Perrinin ölümü ilə əlaqədar "ketamin kraliçası" azadlıqdan məhrum edildi
ABŞ-də "ketamin kraliçası" ləqəbini almış Casvin Sanqa tanınmış aktyor Metyu Perrinin ölümü ilə əlaqədar iş üzrə 15 il azadlıqdan məhrum edilib. Məhkəmə müəyyən edib ki, məhz o, aktyora ölümcül dozada maddə ötürüb.
ABŞ-də "ketamin kraliçası" ləqəbini almış Casvin Sanqa tanınmış aktyor Metyu Perrinin ölümü ilə əlaqədar iş üzrə 15 il azadlıqdan məhrum edilib. Məhkəmə müəyyən edib ki, məhz o, aktyora ölümcül dozada maddə ötürüb.
Gundem.today bu barədə CNN telekanalına istinadən xəbər verir.
İstintaq məşhur "Dostlar" serialının ulduzunun ölümünə narkotikin həddindən artıq dozasının səbəb olduğu qənaətinə gəlib.
Hələ 2025-ci ilin avqustunda Sanqa qanunsuz narkotik dövriyyəsi ilə bağlı federal ittihamlar üzrə təqsirini etiraf edib. Bu etiraf hökmün çıxarılması zamanı əsas amil olub.
Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölüb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb.
DünyaÇinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir.
DünyaNiyə gecə saat üçdə yuxudan oyanırıq? - Aşkar olmayan səbəb açıqlandı
Bir çox insanın gecə saat 2-3 radələrində qəfil yuxudan oyanmasının səbəbi məlum olub.
Dünyaİran Hörmüz boğazından gün ərzində neçə gəmi buraxacağını açıqladı
İran ABŞ ilə danışıqlarda vasitəçilərə atəşkəs sazişi çərçivəsində Hörmüz boğazından keçə biləcək gəmilərin sayını gün ərzində 10 ədədlə məhdudlaşdıracağını bildirib.