Son dəqiqə
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEOİngiltərə Premyer Liqasında çempionluq mübarizəsi gərginləşir: "Mançester Siti" "Arsenal"la xal fərqini azaltdıTramp ABŞ-də alimlərin müəmmalı ölümləri ilə bağlı araşdırma aparılacağını vəd edib"Bavariya" 35-ci dəfə Almaniya çempionu olduABŞ-də baş verən atışmada səkkiz uşaq HƏLAK OLUBUlduz futbolunun sonu: Fərd klubdan böyük ola bilərmi?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Aleksandar Vuçiç İlham Əliyevə zəng edib - VİDEO
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib - VİDEO
Siyasət

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib - VİDEO

Bu gün
16:15
0 baxış
Paylaş:

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Gundem.today AZƏRTAC-a istinadən məlumat verir.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib. Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Telefon danışığı zamanı Serbiyanın "Airserbia" şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Aleksandar_Vuçiç

Oxşar Xəbərlər

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub - FOTOSiyasət

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub - FOTO

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Bu gün
18:480
Aleksandar Vuçiç İlham Əliyevə zəng edibSiyasət

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu gün
16:150
Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"Siyasət

Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində üç ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin əl-ələ tutduqları şəkli şərh edib.

Bu gün
15:440
Muxtar Babayev COP31-in prezidenti ilə görüşüb - FOTOSiyasət

Muxtar Babayev COP31-in prezidenti ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.

Bu gün
10:420