
Alla Puqaçova kommunal borclarına görə məhkəməyə verilib
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova Moskvanın mərkəzindəki mənzilinin kommunal borclarını ödəmədiyi üçün məhkəməyə verilib.
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova Moskvanın mərkəzindəki mənzilinin kommunal borclarını ödəmədiyi üçün məhkəməyə verilib.
Gundem.today xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı Moskvanın Presnenski Rayon Məhkəməsinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət Arbatda yerləşən mənzildən gedir. Məlum olub ki, sənətçinin istilik təchizatı şirkətinə təxminən 8.7 min rubl borcu yaranıb. İddianın baxılma tarixi hələlik müəyyən edilməyib.
Xatırladaq ki, ötən ilin noyabrında vəkil Qleb Rıskov bildirib ki, Puqaçova Solneçnoqorskda İstra çayının sahilindəki mülkündə yerləşən pirsi sökməyə məcbur ediləcək. O zaman "Rosvodresurs"un yoxlaması müğənninin sahil ərazisindən qanunsuz istifadə etdiyini üzə çıxarmışdı. Qeyd olunurdu ki, Puqaçovaya məxsus torpaq sahəsindən istifadənin qanuniliyi ilə bağlı müvafiq tədbirlər bir sahibkarın müraciətindən sonra başlayıb. Bu il yanvarın 14-də məhkəmə Rıskovun iddiasını təmin etməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanda Samvel Karapetyanın blokundan iki nəfər həbs edildi
Ermənistan İstintaq Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokundan daha iki deputatlığa namizədin həbs edildiyini açıqlayıb.
Dünyabp şirkəti biznes strukturunu sadələşdirəcək
Böyük Britaniyanın bp şirkəti restrukturizasiya planını təqdim edib.
DünyaErmənistanda seçki ilə bağlı 100-dən çox cinayət işi qaldırılıb
Ermənistanın Antikorrupsiya Komitəsi 7 fevral 2026-cı il tarixindən etibarən seçki ilə bağlı korrupsiya cinayətlərinə dair 115 cinayət işi qaldırıb. Onlardan 77-si "Güclü Ermənistan" blokuna aiddir.
DünyaBelçikanın paytaxtında xaos: Polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib - VİDEO
Brüsseldə miqrantların başçılıq etdiyi və artıq üç gündür davam edən iğtişaşların təfərrüatları. Paytaxt küçələrində yaranan xaos, mağazaların talan edilməsi və polislə toqquşmalar barədə ən son məlumatlar.