Son dəqiqə
KİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilərÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi"Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir" - Yol problemi sakinlərin kabusuna çevrilib - VİDEOİranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdıAğ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Almaniya hərbi gəmisini Aralıq dənizinə göndərdi - Müdafiə naziri detalları açıqladı
Almaniya hərbi gəmisini Aralıq dənizinə göndərdi - Müdafiə naziri detalları açıqladı
Dünya

Almaniya hərbi gəmisini Aralıq dənizinə göndərdi - Müdafiə naziri detalları açıqladı

Bu gün
01:44
0 baxış
Paylaş:

Almaniyanın müdafiə naziri Boris Pistorius ordunun Aralıq dənizinə minatəmizləyən gəmi göndərdiyini təsdiqləyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius ordunun Aralıq dənizinə minatəmizləyən gəmi göndərdiyini təsdiqləyib.

Oxu. Az xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat yayıb.

Bildirilib ki, müəyyən şərtlər daxilində sözügedən gəmi gələcəkdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədi daşıyan beynəlxalq missiyada iştirak etmək üçün Hörmüz boğazına yönəldilə bilər.

Nazirin sözlərinə görə, mövcud plan hazırlıqların davam etdirilməsini və hüquqi müstəvidə sonrakı addımların atılmasını nəzərdə tutur: barışıq və ya davamlı razılaşmalar əldə olunarsa, hökumət parlamentdən müvafiq mandat almağı və bundan sonra missiyanı davam etdirməyi planlaşdırır. Pistorius qeyd edib ki, həmin vaxta qədər gəmi Aralıq dənizində lövbər salacaq. Bununla belə, o, Almaniya ordusunun Yaxın Şərqdəki toqquşmalara hər hansı müdaxiləsini istisna edib.

Məlumata görə, Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Fulda" minatəmizləyən gəmisi bazar ertəsi ölkənin şimalındakı Kil bazasından çıxaraq Aralıq dənizi istiqamətində hərəkətə başlayıb. Gəminin göyərtəsində təxminən 40 hərbçi, o cümlədən mina dalğıcları var.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Almaniya#Boris_Pistorius#Bundesver#Aralıq_dənizi#Hörmüz_boğazı#Fulda_gəmisi#dəniz_təhlükəsizliyi#ABŞ#İran#beynəlxalq_missiya

Oxşar Xəbərlər

KİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilərDünya

KİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər

İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər.

Bu gün
02:360
Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldıDünya

Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı

Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.

Bu gün
02:240
"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədiDünya

"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi

"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.

Bu gün
02:180
Ağ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTODünya

Ağ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO

Ağ Ev ABŞ Prezidenti Donald Trampın məşhur "Ulduz müharibələri" filminin personajı obrazında fotosunu yayımlayıb.

Bu gün
02:000