
Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
Altıağac-Xızı yolunun təhlükəli vəziyyətdə olması sürücülərin nararahatlığına səbəb olub.
Altıağac-Xızı yolunun təhlükəli vəziyyətdə olması sürücülərin nararahatlığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, yolun əksər hissəsi sıradan çıxıb.
"Yol tamamilə dağılıb. Asfalt qatı sıradan çıxıb. O yolla hərəkət etmək risklidir, xüsusən də günün qaranlıq saatlarında", - deyə şikayətdə bildirilib.
Gundem.today-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.
O bildirib ki, sözügedən yol üzrə layihələndirmə işləri aparılır.
"Cari ilin mart-aprel aylarında müşahidə olunan intensiv yağışlar nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib.
Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı-Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılıb. Xızı-Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına artıq start verilib", - deyə A.Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətUşaqlarla bağlı yeni təklif bizə nə verəcək?
Kubra Məhərrəmova yazır...
CəmiyyətPivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEO
"Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodunun çirkab sularını birbaşa Xəzər dənizinə axıtması ilə bağlı iddialar əsassızdır".
CəmiyyətSosial şəbəkələrə yaş məhdudiyyəti: Uşaqları nə gözləyir?
"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və
CəmiyyətPivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb"
Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodu çirkab suları birbaşa Xəzər dənizinə axıdır.