
Amerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb
Amerikalı aktrisa, "Beverly Hills 90210" serialı ilə tanınmış Tori Spellinq Kaliforniya ştatının Temekula şəhərində ağır yol-nəqliyyat qəzası keçirib.
Amerikalı aktrisa, "Beverly Hills 90210" serialı ilə tanınmış Tori Spellinq Kaliforniya ştatının Temekula şəhərində ağır yol-nəqliyyat qəzası keçirib.
Gundem.today xəbər verir ki, bu barədə TMZ nəşri bildirib.
Xəbərə əsasən, hadisə baş verən zaman aktrisanın idarə etdiyi nəqliyyat vasitəsində onun dörd övladı və dostlarının üç uşağı olub.
Qəzaya qırmızı işıqdan keçən digər sürücü səbəb olub və o, yüksək sürətlə aktrisanın avtomobilinə çırpılıb. Zərbənin təsirindən Tori Spellinq və avtomobildəki uşaqlar üç fərqli təcili tibbi yardım maşını vasitəsilə yaxınlıqdakı klinikaya çatdırılıblar. Uşaqlarda müxtəlif dərəcəli kəsiklər, əzilmələr və beyin silkələnməsi qeydə alınıb.
Spellinqin hazırkı vəziyyəti barədə məlumat verilmir. Qəzanı törədən nəqliyyat vasitəsinin ön tərəfi isə ciddi şəkildə əzilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada dizel yanacağının qiyməti rekord həddə yüksəlib
Aprelin 6-da Almaniyada dizel yanacağının qiyməti litr üçün 2.487 (4.87 manat - red.) avroya yüksələrək rekord səviyyəyə çatıb.
DünyaTramp: "Kürdlər iranlılara göndərilən silahları özlərinə götürüblər"
"ABŞ-nin İrandakı üsyançılara göndərdiyi silahlar "bir qrup insan" tərəfindən oğurlanıb".
DünyaNASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı
"Orion" kosmik gəmisi ilə həyata keçirilən "Artemis II" missiyası Ayın cazibə təsiri zonasına uğurla daxil olub.
DünyaTramp Kanadanın ABŞ-nin tərkibinə daxil edilməsi fikrindən daşındığını bildirib
ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin tərkibinə daxil edilməsi fikrindən daşınıb.