
Antalya Diplomatiya Forumu öz işinə başlayır
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
Gundem.today xəbər verir ki, forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə"dir. Bu mövzu daha yaxşı bir gələcək qurmaq üçün problemləri əvvəlcədən görməyin və onları effektiv şəkildə həll etməyin vacibliyinə diqqət çəkir. Sözügedən konsept imkan və risklərin müəyyənləşdirilməsi, yeni strategiyaların hazırlanması və qazanılmış təcrübənin real fəaliyyətlərə çevrilməsi vasitəsilə inkişaf proseslərini qabaqlamağın zəruriliyini vurğulayır.
"ADF 2026" platforması qərar qəbul edən şəxsləri, liderləri, diplomatları, akademik dairələrin nümayəndələrini, işgüzar aləmin mütəxəssislərini, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirərək, qeyri-müəyyənlikləri ən optimal şəkildə idarə etməyin, təxirəsalınmaz məsələləri həll etməyin və gələcək sınaqlara hazırlaşmağın yollarını axtaracaq. İştirakçılar ikitərəfli görüşlər, interaktiv sessiyalar, panel müzakirələri və açılış nitqləri vasitəsilə regional dinamikaları, qlobal tendensiyaları təhlil edəcək, mümkün həll yolları ətrafında fikir mübadiləsi aparacaq və ən yaxşı təcrübələri bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇin İrana müasir radiolokasiya sistemləri verir
ABŞ Hərb Nazirliyinin (Pentaqon) kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemlərinin tədarükünü nəzərdən keçirdiyi qənaətinə gəlib.
DünyaNeft ucuzlaşmağa başladı
Yaxın Şərqdə münaqişənin həlli istiqamətində irəliləyişlərin olması neft qiymətlərini aşağı salır.
DünyaLivan İsrailin atəşkəsi pozduğunu bildirib
Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.
DünyaLivan İsrailin atəşkəsi pozduğunu bildirib - VİDEO
Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.