
Antuan Qrizman komandasını dəyişdi
ABŞ-nin MLS təmsilçisi "Orlando Siti" klubu "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmanın transferini elan edib.
ABŞ-nin MLS təmsilçisi "Orlando Siti" klubu "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmanın transferini elan edib.
Gundem.today xəbər verir ki, bu barədə Orlando klubunun mətbuat xidməti məlumat yayıb.
"Antuanın "Orlando Siti"yə gəlişi təkcə klubumuz üçün deyil, həm də şəhərimiz, azarkeşlərimiz və bütövlükdə liqa üçün əlamətdar hadisədir", - deyə "Orlando Siti"nin sahibi və idarə heyətinin sədri Mark Vilf komandanın rəsmi saytına müsahibəsində bildirib.
Futbolçu ilə bağlanmış müqavilə 2026-cı ilin iyul ayında qüvvəyə minəcək. Razılaşma 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin daha bir il uzadılması imkanı da var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanNəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzə
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri 2026-cı ilin sonunda həmyerlisi, WBO, WBA və IBF çempionu Entoni Coşua ilə döyüşəcək.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbəyə sevindi
İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Brentford" matçı keçirilib.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbəyə sevindi - VİDEO
İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Brentford" matçı keçirilib.
İdmanTedesko "Fənərbağça"nın baş məşqçisi vəzifəsindən qovuldu
Domeniko Tedesko "Fənərbağça" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.