
Aşuranın vaxtı AÇIQLANDI
"Bu il Aşura günü iyunun 25-nə təsadüf edir".
"Bu il Aşura günü iyunun 25-nə təsadüf edir".
Gundem.today xəbər verir ki, bunu "Trend"ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsini (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində məhərrəm ayının ilk günüdür.
"Bu tarix, eyni zamanda, hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır", - deyə o bildirib.
İlahiyyatçı alim qeyd edib ki, məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür.
"Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda, ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicrətin 61-ci ilində baş vermiş bu hadisə zamanı Peyğəmbərin (s) nəvəsi imam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşlarında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir", - deyə ilahiyyatçı alim vurğulayıb.
"Azərbaycanda məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, xütbələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir", - deyə Samid Quliyev əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.