
Avropa Komissiyası enerji böhranı ilə mübarizə üçün planını açıqladı
Avropa Komissiyası (AK) Hörmüz boğazının blokadası səbəbindən yaranan enerji böhranı ilə mübarizə aparmaq üçün "AccelerateEU" adlı planını açıqlayıb.
Avropa Komissiyası (AK) Hörmüz boğazının blokadası səbəbindən yaranan enerji böhranı ilə mübarizə aparmaq üçün "AccelerateEU" adlı planını açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Planda digər məsələlərlə yanaşı yaşıl və nüvə enerjisinin genişləndirilməsi də nəzərdə tutulur.
"Biz yaşıl və yerli istehsal olunan enerjinin inkişafını sürətləndirməliyik", - deyə AK-nın sədr müavini Tereza Ribera bildirib.
Plan xüsusilə Avropa İttifaqı (Aİ) iqtisadiyyatının sürətləndirilmiş elektrifikasiyasını, ilk növbədə nəqliyyat və istilik sahəsini əhatə edir. Bu da ucuz elektrik enerjisi mənbələrinin mövcudluğunu nəzərdə tutur. AK alternativ və nüvə enerjisini belə mənbələr kimi müəyyənləşdirib.
Əvvəllər AK məlumat vermişdi ki, İrana qarşı müharibənin başlanmasından bəri enerji resurslarının qiymətlərinin artması səbəbindən Aİ-nin xərcləri 24 milyard avroya çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTokayev: "Xəzər regionunda hərbi güc tətbiqi qadağan olunmalıdır"
"Xəzər dənizinin mühafizəsi regional davamlılıq, biomüxtəlifliyin qorunması və ekoloji balansın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir".
Dünyaİrana məxsus onlarla tanker ABŞ-nin blokadasını yararaq Hörmüzdən keçib
ABŞ-nin tətbiq etdiyi blokada tədbirlərinə rəğmən İrana məxsus ən azı 34 qaz daşıyıcısı və tanker Hörmüz boğazını keçə bilib.
DünyaSerj Sarqsyanın qardaşı qızının milyonlarla dollarlıq əmlakı və pulları əlindən alınacaq
Ermənistanın Antikorrupsiya Məhkəməsi eks-prezident Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyandan səhmlərinin və pul vəsaitlərinin müsadirə edilməsi barədə qərar çıxarıb.
Dünyaİsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandı
İsveçin mərkəzi hissəsində yerləşən Berlinqe bələdiyyəsində 20-dən çox məktəb mümkün zorakılıq hədələri səbəbindən bağlanıb.