
Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb
"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".
"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".
Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol "Associated Press" (AP) agentliyinə müsahibəsində deyib.
F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar.
BEA rəhbəri bəyan edib ki, dünya indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranını yaşayır. F.Birol hesab edir ki, aviasiya yanacağı ilə bağlı problemlərdən başqa, İran ətrafındakı hadisələr benzin və elektrik enerjisinin qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi - ŞOK HESABAT
ABŞ Hərb Nazirliyi (Pentaqon) İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsindən ciddi asılılıq problemi ilə üzləşib.
DünyaKİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşib
İranlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbs cəzasını çəkdiyi həbsxanada çox ağır vəziyyətdədir.
DünyaTramp Rusiya ilə bağlı qadağanın müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Birləşmiş Ştatlar limanlarına giriş qadağasını bir il müddətinə uzadıb.
DünyaTürkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.