Son dəqiqə
İndoneziyada güclü zəlzələ baş verib"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEODünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEOAlmaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak olduQərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Avropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?
Avropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?
İdman

Avropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?

Bu gün
00:36
0 baxış
Paylaş:

Payız-yaz sistemi ilə keçirilən futbol liqalarında həyəcan pik həddə çatıb. Mövsümün sonlarına doğru çempionluq, avrokubok və elitada mövqeyi qorumaq uğrunda mübarizə daha kəskin xarakterlidir. Bəzi liqalarda müəyyən sualların cavabına böyük ölçüdə aydınlıq gəlsə də, ümumən intriqa qorunur və bir çox taleyüklü məsələlər son turlarda həllini tapacaq.

Payız-yaz sistemi ilə keçirilən futbol liqalarında həyəcan pik həddə çatıb. Mövsümün sonlarına doğru çempionluq, avrokubok və elitada mövqeyi qorumaq uğrunda mübarizə daha kəskin xarakterlidir. Bəzi liqalarda müəyyən sualların cavabına böyük ölçüdə aydınlıq gəlsə də, ümumən intriqa qorunur və bir çox taleyüklü məsələlər son turlarda həllini tapacaq.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Topçular"ı qovan "şəhərlilər"

Çempionluq mübarizəsinin ən gərgin olduğu çempionat İngiltərə Premyer Liqasıdır. Son günlərə qədər "Arsenal" çox üstün görünsə də, ötən tur "Bornmut"a məğlubiyyət "topçular"ın vəziyyətini gərginləşdirib. 70 xalı olan Mikel Artetanın komandası son altı oyuna altı xallıq üstünlüklə yollanır. Lakin indi "Mançester Siti" daha yaxındır. Rəqibinin xal itkisindən maksimum yararlanan "şəhərlilər" bir oyun az keçiriblər və altı xal geri qalırlar. "Dumanlı Albion"da son turların gərgin olacağına şübhə yoxdur, çempionun adına isə son oyunun son dəqiqələrində aydınlıq gələ bilər.

"Mançster Yunayted"lə "Aston Villa" böyük ölçüdə Çempionlar Liqası (ÇL) vəsiqəsinin öhdəsindən gəliblər. 5-ci biletin əsas müştərisi isə "Liverpul"dur. "Qırmızılar" "Çelsi" ilə dörd xallıq fərqi qorumağa çalışacaqlar, londonlular onlara çatmağın yolunu axtarırlar. Mövsümün uğursuzları "Tottenhem" və "Nyukasl"dır. Bu mövsüm ÇL-də yarışan kollektivlərdən "sağsağanlar"ın avrokubok şansı cüzi də olsa, var. London təmsilçisi isə liqada qalmağa çalışır. "Tottenhem" 30 xalla 18-cidir. Komanda "Vest Hem" və "Nottingem"lə mübarizədə mövqeyini qorumağa çalışır. "Bernli" və "Vulverhempton" üçün isə "qatar çoxdan gedib".

Bombardirlik yarışında "Mançester Siti"nin "qol maşını" Erlinq Holand liderdir. 22 dəfə fərqlənən norveçli "Brentford"un ulduzlaşan üzvü İqor Tyaqunu bir top üstələyir. Qalan oyunlar bombardirlik yarışı baxımından da əhəmiyyət daşıyır.

Çempionluğun bir addımlığında

İngiltərə Premyer Liqasından fərqli olaraq "Böyük beşliy"in digər dörd çempionatında vəziyyət daha sadədir. Almaniya Bundesliqasında "Bavariya" inamla növbəti çempionluğa gedir. Sona beş tur qalmış 76 xalı olan münhenlilər ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 11 xal üstələyirlər. Artıq gələn tur çempionun adına aydınlıq gələ bilər. Komandanın əsas qol silahı Harri Keyn isə bombardirlik yarışında aşkar favoritdir. 31 dəfə fərqlənən forvard ən yaxın izləyicisi Deniz Undavı 13 qol üstələyir. "Ştutqart" və "Leypziq" Çempionlar Liqasına əsas iddiaçılardır. "Haydenhaym"la "Volfsburq" isə böyük ehtimalla növbəti mövsüm 2-ci Bundesliqada yarışacaqlar.

Fransada PSJ-nin ənənəvi üstünlüyü hökm sürür. "Lans" Paris təmsilçisinə rəqabət təklif etsə də, hazırda 63 xalı olan Luis Enrikenin komandası ən yaxın izləyicisini dörd xal üstələyir. Paytaxt klubunun ehtiyatda bir oyunu da var. PSJ-nin növbəti dəfə Fransanın ən güclüsü olacağına şübhə edənlərin sayı çox azdır. "Lill", "Marsel", "Lion", "Renn" və "Monako" isə ÇL-ə getmək uğrunda mübarizə aparırlar. "Nant"la "Mets" böyük ölçüdə elita ilə vidalaşıblar. Liqa 1-in ən sərrast oyunçuları isə hərəyə 16 qolla "Renn"dən Esteban Lepaul və "Strasburq"dan Xoakin Peniçellidir.

İspaniya və İtaliya

İspaniya La Liqasında "Real Madrid" və "Barselona", adətən, son turlara qədər çempionluq mübarizəsini davam etdirsələr də, bu mövsüm mənzərə bir qədər fərqlidir. Kataloniya klubu sona yeddi tur qalmış ciddi üstünlüyə malikdir. 79 xalı olan Hansi Flikin komandası əzəli rəqibini doqquz xal üstələyir. Onları da PSJ və "Bavariya" kimi çempionluğun bir addımlığında hesab etmək olar. Komandasından fərqli olaraq, Kilian Mbappe fərdi mükafat qazanmağa yaxındır. "Real Madrid"in forvardı 23 qolla mövsümün ən sərrast oyunçusudur. İspaniyada ÇL mübarizəsində də cavablar aydındır. Güman ki "Vilyarreal" və "Atletiko Madrid"i növbəti mövsüm qitənin əsas klub turnirində izləyəcəyik. Aşağı pillələrdə isə vəziyyət daha gərgindir. Hətta sonuncu "Ovyedo" belə, son tura qədər mübarizəni davam etdirmək əzmindədir. Eynilə 13-cü "Rayo Valyekano" da heç nədən sığortalanmayıb.

İtaliya A Seriyasında da vəziyyət oxşardır. "İnter" sona altı tur qalmış 75 xalla vahid liderdir və ən yaxın izləyicisi "Napoli"dən doqquz addım öndədir. Burada əsas mübarizə Çempionlar Liqasına vəsiqə uğrundadır. "Milan", "Yuventus", "Komo" və "Roma" iddialarını davam etdirirlər. "Verona" ilə "Piza" güman ki, növbəti mövsümü B Seriyasında keçirəcəklər. "Leççe" və "Kremoneze" onlara qoşulmamaq üçün mübarizəni davam etdirirlər. A Seriyasının bombardiri "İnter"in forvardı Lautaro Martinesdir. 16 qolu olan argentinalı ən yaxın izləyicilərini beş top üstələyir.

Türkiyənin ən güclüsü kim olacaq?

Azərbaycanda böyük izləyici kütləsi olan Türkiyə Superliqasında turlar keçdikcə gərginlik daha da artır. "Qalatasaray"ın xal itkilərindən maksimum istifadə etməyi bacaran "Fənərbağça" fərqi iki xala qədər endirib. Sona beş tur qalmış "sarı-qırmızılar" 68 xalla liderdirlər. Lakin "bülbüllər"in nəfəsini çox yaxından hiss edirlər. İki tur sonra İstanbul nəhəngləri "Qa

#İdman#UEFA_Çempionlar_Liqası#Kilian_Mbappe#Real_Madrid_FK#AC_Milan#Qalatasaray_FK#İngiltərə_Premyer_Liqası_(İPL)#Barselona_FK#Mançester_Siti_FK#Fənərbağça_FK#Liverpul_FK#Arsenal_FK#Beşiktaş_FK#Yuventus_FK#Bavariya_FK#Atletiko_Madrid_FK#UEFA_Avropa_Liqası

Oxşar Xəbərlər

"Real Sosyedad" İspaniya Kubokunun sahibi olduİdman

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu

Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.

Bu gün
02:160
"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEOİdman

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO

Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.

Bu gün
02:160
Almaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak olduİdman

Almaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak oldu

Almaniyada keçirilən NLS4 seriyası üzrə dörd saatlıq avtomobil yarışı zamanı baş verən qəza nəticəsində 66 yaşlı finlandiyalı pilot Yuha Miettinen həyatını itirib.

Bu gün
02:000
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub etdiİdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə "Çelsi"ni məğlub etdi

İngiltərə Premyer Liqasının 33-cü turunda "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib.

Bu gün
01:160