Son dəqiqə
Noyer PSJ-dən beş qol buraxmasından danışıb"50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEOABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıbPentaqon iki vacib vəzifəsini açıqladıHikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşübBakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"
Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"
İdman

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

29 mart 2026
19:24
1 baxış
Paylaş:

"Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir".

"Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir".

Gundem.today "Report"a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

Mütəxəssis "FIFA Series - 2026" beynəlxalq turnirində Syerra-Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Turnirdə ikinci oyunumuza çıxacağıq. Rəqibin isə ilk matçıdır. Burada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Fərqli rəqibdir. Reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyətlə gəliblər.

Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Sabahkı qarşılaşmaya hazırıq".

A.Abbasov yığmanın tarixində ilk dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcəyini söyləyib: "Səhv etmirəmsə, millimiz ilk dəfədir ki, Afrika təmsilçisi ilə qarşılaşır. Daha əvvəl bu qitənin komandası ilə qarşılaşmamışıq. Bu da yeni olacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar.

Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransanın Liqa 1-də oynayan müdafiəçiləri var, texnikalıdırlar. Bizi yaxşı oyun gözləyir".

Baş məşqçi heyətdə dəyişiklik olacağını da əlavə edib: "Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyətin olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Ən yaxşılar buradadır. Rəqibə görə də heyəti düşünəcəyik".

Onun sözlərinə görə, millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir: "Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika olsun. Rəqiblər də buna imkan verir, yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu, ən yaxşı ilimiz ola bilər".

Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Noyer PSJ-dən beş qol buraxmasından danışıbİdman

Noyer PSJ-dən beş qol buraxmasından danışıb

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 1/2 finalında PSJ ilə ilk oyundan (5:4) sonra fikirlərini bölüşüb.

Bu gün
22:480
Ukraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildiİdman

Ukraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi

İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriki antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.

Bu gün
20:360
Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdıİdman

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.

Bu gün
20:180
Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edibİdman

Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib

"Mənim növbəti məqsədim "Benfika"nı UEFA Çempionlar Liqasına çıxarmaqdır".

Bu gün
20:060