
Azərbaycan BMT-də miqrasiya forumuna həmsədrlik edir - FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Respublikası nümayəndə heyəti iştirak edir. Heyətin tərkibində ölkəmizin BMT yanında daimi nümayəndəsi Tofiq Musayev başda olmaqla daimi nümayəndəliyin əməkdaşları da yer alıb.
Beynəlxalq Miqrasiya İcmalı Forumu dörd ildən bir təşkil olunan miqrasiya sahəsində əsas qlobal tədbirdir. Bu hökumətlərarası platformanın məqsədi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasına nəzər salmaq, nailiyyətləri və mövcud boşluqları müzakirə etməkdir. Forum, həmçinin növbəti dörd il üçün miqrasiya idarəçiliyinin perspektivlərini müəyyənləşdirir. Tədbirdə hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər tərəflər qlobal miqrasiya proseslərinin daha səmərəli və inklüziv idarə olunmasına dair fikir mübadiləsi aparırlar.
Ölkəmizin miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətin nəticəsi olaraq, bu dəfə Azərbaycan Respublikası 2026-cı il üçün Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində sözügedən təşəbbüsə qoşulmuş dövlətlər adından birgə bəyanat təqdim edəcək, milli bəyanatla çıxış edəcək.
Forumun ilk günündə Miqrasiya üzrə Qlobal Paktın məqsədlərinə münasibətdə icra vəziyyətinin müzakirəsi üçün əsas platforma olan dörd dəyirmi masadan birinə həmsədrlik BMT Baş assambleyasının prezidenti tərəfindən Azərbaycan Respublikasına həvalə edilib. Dəyirmi masalara ümumilikdə səkkiz ölkə həmsədrlik edir.
Azərbaycanın İsveç Krallığı ilə birgə həmsədrlik etdiyi 1-ci dəyirmi masa Miqrasiya üzrə Qlobal Paktın miqrasiyaya səbəb olan mənfi amillərin azaldılması, tənzimlənən miqrasiya yollarının əlçatanlığının artırılması, ədalətli işə qəbul, ilkin yoxlanış və istiqamətləndirmə prosedurları və bacarıqların inkişafı və qarşılıqlı tanınması ilə bağlı olan məqsədlərinin icrasına həsr olunub.
Birinci dəyirmi masada müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr panel məruzəçi qismində Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb və iştirakçıların suallarını cavablandırıblar.
Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının sədrliyi ilə keçiriləcək siyasi dialoq çərçivəsində birinci dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal təşviqinə dəstək məqsədilə Azərbaycan Respublikası, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə BMT Baş Qərargahında miqrasiya və urbanizasiya mövzularına həsr olunmuş yüksəksəviyyəli əlavə tədbir keçiriləcək.
Forum öz işini mayın 8-də yekunlaşdıracaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan Pakistana humanitar yardım göstərib - FOTO
2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.
SiyasətÖlkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Siyasətİlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SiyasətÖlkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.