
Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Gundem.today Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 28-ci turun "Qarabağ" - "Sabah" matçına (0:1) təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. O zaman 22-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı izləmişdi.
28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Qarabağ" oyununa 20 min 400 nəfər tamaşa etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - FOTO
İtaliyada gənc futbolçu Qabriel Vakkaro pizzaya görə yaranan mübahisədən sonra qətlə yetirilib.
İdmanAvropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlar
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.
İdmanVinisius Juniorun "Real Madrid"dəki gələcəyinə aydınlıq gəldi
"Real Madrid" komandasının cinah hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər yalnız son detalları tənzimləməlidirlər.
İdmanVinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
"Real Madrid" komandasının cinah hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər yalnız son detalları tənzimləməlidirlər.