Son dəqiqə
Almaniya kansleri: "İran amerikalıları alçaldır"Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"Starmer fövqəladə toplantı çağırdıİlham Əliyev: "Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq"Prezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Azərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO
Azərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO
Mədəniyyət

Azərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO

24 mart 2026
06:42
2 baxış
Paylaş:

Son günlər azərbaycanlı gənc ifaçı Sonya sosial şəbəkələrdə paylaşdığı duet videoları ilə diqqət çəkir. İngiltərədə musiqi təhsili alan həmyerlimiz xarici musiqiçi ilə birlikdə Azərbaycan mahnılarını fərqli təqdimatda ifa edir və bu videolar qısa müddətdə izləyicilərin marağına səbəb olur.

Son günlər azərbaycanlı gənc ifaçı Sonya sosial şəbəkələrdə paylaşdığı duet videoları ilə diqqət çəkir. İngiltərədə musiqi təhsili alan həmyerlimiz xarici musiqiçi ilə birlikdə Azərbaycan mahnılarını fərqli təqdimatda ifa edir və bu videolar qısa müddətdə izləyicilərin marağına səbəb olur.

Məhz bunları nəzərə alaraq Sonyanı sizə daha yaxından tanıtmaq qərarına gəldik.

Sona Mohubaliyevanın Gundem.today-a müsahibəsini təqdim edirik.

- Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edərdiniz. Hazırda harada yaşayırsınız və nə ilə məşğulsunuz?

- 22 yaşım var. Hazırda İngiltərənin top 10 universitetlərindən biri olan Surrey Universitetində musiqi üzrə təhsil alıram və artıq 3-cü kurs tələbəsiyəm. İxtisasım vokaldır, əsasən, caz və pop janrlarında ifa edirəm.

Hazırda əsas diqqətimi təhsilimə yönəltmişəm. Bununla yanaşı, sosial şəbəkələrdə, xüsusilə "Instagram" platformasında aktiv olaraq öz musiqi tərzimi nümayiş etdirməyə çalışıram. Bu prosesdə universitetdəki xarici qrup yoldaşlarımdan müşayiət üçün dəstək alıram. Onlardan biri də videolarımda tez-tez yer alan Qabrieldir.

- İngiltərədə musiqi təhsili almağa necə qərar verdiniz? Bu sahəyə marağınız nə vaxtdan yaranıb?

- Mən uşaqlıqdan vokalla məşğulam və Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbini bitirmişəm. Uşaqlıqdan musiqiyə marağım olub, mahnı oxumağı sevirdim və ətrafımdakı insanlar da hər zaman bunun məndə yaxşı alındığını deyirdilər. Eyni zamanda, atam musiqiçidir, mənim musiqiyə olan marağımı xüsusilə dəstəkləyib. Bu səbəbdən zamanla bu sahəyə olan sevgim daha da gücləndi və universitet seçimi edərkən də məhz musiqi təhsili almağa qərar verdim. Uşaqlıqdan anam bacımla mənim xaricdə təhsil almağımızı istəyirdi və bizi bu istiqamətdə erkən yaşlardan yönləndirmişdi. Buna görə də biz hələ kiçik yaşlarımızdan bu məqsədlə böyümüşük.

İlk olaraq Almaniyada təhsil almağımı planlaşdırırdıq, çünki bacım da orada oxuyurdu. İki il alman dili kursuna getdikdən sonra anladım ki, Almaniya və alman dili mənə o qədər də yaxın deyil. Bu səbəbdən son anda qərarımı dəyişdim və valideynlərimin tövsiyəsi ilə İngiltərəyə yönəldim. Uşaqlıqdan bu ölkəyə xüsusi marağım olub və özümü burada daha rahat hiss etdiyim üçün bu qərarla razılaşdım.

- "TikTok" platforması üçün duet formatında videolar çəkmək ideyası haradan yarandı?

- Düzü, çox aktiv olaraq işlətməsəm də, 16-17 yaşımda "Instagram" səhifəsi açıb orada arada bir "cover"lər çəkməyə başladım. Bu addımı atmağa məni ailəm təşviq edib, məqsəd həm təcrübə qazanmaq, həm də gələcək üçün bir növ fəaliyyət tarixçəmi yaratmaq idi. Daha sonra isə "TikTok" hesabı açıb, orada da paylaşımlar etməyə başladım. Son aylarda artıq mahnıları öz üslubumda təqdim etməyə və şəxsi musiqi tərzimi göstərməyə daha çox həvəsim yarandığı üçün tez-tez paylaşımlar edirəm.larınızda xarici bir şəxslə Azərbaycan mahnılarını ifa etməyiniz izləyicilərin diqqətini cəlb edir. Bu əməkdaşlıq necə quruldu?

- Konsertlərimdən birinə hazırlaşarkən Qabrieldən pianoda mənə müşayiət etməsi üçün kömək istədim və beləliklə, tanış olduq. Söhbət zamanı o, Azərbaycan musiqisini sevdiyini, hətta dövlət himnimizi belə bildiyini qeyd etdi. Bunu eşitdikdən sonra ona birlikdə video çəkməyi təklif etdim, o da məmnuniyyətlə razılaşdı. Açığı, formatın bu qədər maraq doğuracağını gözləmirdik. Lakin izləyicilər tərəfindən sevilməyə başladıqdan sonra bu cür duetləri daha tez-tez paylaşmağa başladıq.

- Qabriel Azərbaycan dilini bilir?

- Yox, bilmir. O, videolarımızda məni pianoda müşayiət edir.

- Paylaşdığınız videoların qısa müddətdə çox baxış toplamasını nə ilə izah edərdiniz? Sizcə, izləyiciləri ən çox cəlb edən nədir?larımızın qısa müddətdə diqqət çəkməsini düşünürəm ki, əsasən fərqli format və təqdim etdiyimiz musiqi ilə bağlıdır. Xarici bir mühitdə Azərbaycan musiqisinin səslənməsi izləyicilərə maraqlı gəlir. Bundan əlavə, məncə, canlı ifa da videolara daha səmimi ab-hava qatır.

- Xaricdə Azərbaycan musiqisinə maraq necədir? Bu mahnılar orada necə qarşılanır?

- Maraq gözlədiyimdən daha çoxdur. Mən tez-tez həm ifa edərək, həm də dinlədərək onlara musiqimizi təqdim edirəm - klassik əsərlərdən tutmuş muğama qədər. Xüsusilə muğam onları çox heyrətləndirir. Dinlədikdən sonra tez-tez "tüklərimiz biz-biz oldu" kimi reaksiyalar verirlər. Dərslərimizdə də Azərbaycan musiqisinə yer verilir. Hətta bir dərsimizdə müəllimimiz tələbələrə Əzizə Mustafazadənin əsərlərini təqdim etmişdi və böyük maraqla qarşılanmışdı. Qeyd edim ki, müəllimlərimizin hamısı ingilisdir.

- Sizcə, Azərbaycan musiqisinin xarici auditoriya üçün fərqləndirici cəhətləri nələrdir?

- Bir çox fərqləndirici xüsusiyyətləri var. Məncə, bunlardan ən diqqət çəkəni vokal texnikamız, yəni boğazlarımızdır. Onlar bu üsluba öyrəşmədikləri üçün bu, onlar üçün həm maraqlı, həm də təsirli səslənir. Bundan əlavə, milli musiqi alətlərimiz də böyük maraq doğurur. Tez-tez mənə ifa etdiyim musiqilərdə eşitdikləri alətlər haqqında suallar verirlər.

- Sosial şəbəkələrdə izləyicilərinizdən hansı maraqlı reaksiyala

Oxşar Xəbərlər

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanırMədəniyyət

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Bu gün
14:480
Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJMədəniyyət

Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJ

Balet zərifliyin, intizamın və yüksək sənət duyumunun bir araya gəldiyi nadir səhnə sənətlərindən biridir. Bu sənətdə hər addım, hər hərəkət və hər baxış xüsusi məna daşıyır.

Bu gün
13:280
Azərbaycanda Əməkdar artist vəfat edibMədəniyyət

Azərbaycanda Əməkdar artist vəfat edib

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Bu gün
18:480
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEOMədəniyyət

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEO

Rusiyanın "Səs" ("Qolos") vokal layihəsinin 14-cü mövsümü başa çatıb və azərbaycanlı vokal müğənnisi Elmira Qaraxanova finalda qalib gəlib.

Dünən
17:210