
Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın: Tələbələr təxliyə edildilər
Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.
Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.
Bu barədə Gundem.today-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Məhərrəm Əliyev
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi başlayıb.
Gundem.today-ın məlumatına görə, hadisə universitetin bir saylı tədris korpusunun həyətində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.
Hadisə zamanı korpusun əməkdaş və tələbələri təxliyə ediliblər.
Məsələ ilə bağlı Gundem.today-a açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, yanğının tüstüsü bir saylı tədris korpusunda hiss olunduğuna görə, korpusdakı bütün əməkdaşlar, müəllimlər və tələbələr təcili təxliyə olunublar:
"Yanğın nəzarətə götürülüb və tam söndürülməsi istiqamətində işlər görülür. Hadisə nəticəsində heç bir əməkdaş və ya tələbə xəsarət almayıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş
Aprelin 25-i saat 11 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub.
HadisəBakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT
Bakıda qətl hadisəsi törədilib.
HadisəAğcabədidə işə gedən 57 yaşlı kişini maşın vurub öldürdü
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisəİmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb
İmişlidə 39 yaşlı qadın faciəli şəkildə ölüb.