
Azərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEO
20 aprel Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.
20 aprel Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.
Gundem.today xatırladır ki, tamaşaçılar arasında "qayınana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda dünyaya göz açıb.
O, Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında, 1937-ci ildə Bakıda aktrisa işləməyə başlayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən "Katarina" ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), "Elvira" ("Don Juan", Jan Batist Molyer), "Yelizaveta" ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Aktrisa milli klassik operettalarımızın tamaşalarında "Gülpəri", "Cahan xala", "Sənəm" ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad" - Üzeyir bəy Hacıbəyov), "Mələk xanım" və "Kələk xanım" ("Əlli yaşında cavan" - Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, "Azərbaycanfilm"in çoxsaylı ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində "Fatmanisə" ("Ögey ana"), "Telli" ("Böyük dayaq"), "Züleyxa" ("Ulduz"), "Cənnət xala" ("Qayınana"), "Gülsüm" ("Molla Fətəlinin sərgüzəşti"), "Əsli xala" ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.
1978-ci ildə çəkilən "Qayınana" filmində yaratdığı "Cənnət" obrazı Nəsibə xanımın yaradıcılığında sanki bir möhür olur. Həmin filmdən sonra onu hətta "XX əsrin qayınanası" adlandırırlar.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1967-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. "Hicran" musiqili komediyasındakı "Qızbacı" roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabah hava necə olacaq? - 23.04.2026
Azərbaycanda aprelin 23-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Cəmiyyət"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏL
"Yeni Klinika"nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad edilib.
CəmiyyətSumqayıt Şəhər İcra Hakimiyyəti 1 milyon manatlıq gül alır
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib.
CəmiyyətYasamalda yolda ağır qəzaya düşənlərin VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.