Son dəqiqə
Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdıABŞ-nin hərb naziri NATO müttəfiqlərini hədələdi: "Bu bağışlanmazdır"Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edibAlmaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı"Spotify"nin işində problemlər yaranıbSülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb
Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb
Digər

Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb

26 mart 2026
11:50
1 baxış
Paylaş:

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.

AzTU-nun ilk dəfə olaraq "QS World University Rankings by Subject 2026" nəticələrinə əsasən, reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında "Kompüter elmləri və informasiya sistemləri" (Computer Science and Information Systems) sahəsində 701-750-ci yerlərdə qərarlaşması yüksək nəticə hesab edilir.

AzTU-nun bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabətə malik "Kompüter elmləri və informasiya sistemləri" istiqaməti üzrə nail olması beynəlxalq səviyyədə əldə olunan uğurun əhəmiyyətini xüsusi olaraq artırır.

Qeyd olunan nailiyyət AzTU-da kibertəhlükəsizlik, informasiya texnologiyaları və kompüter elmləri, süni intellekt istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.

"QS World University Rankings by Subject" üzrə reytinqlər akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.

AzTU-da prioritet istiqamətlər üzrə - süni intellekt, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi və böyük verilənlərin analitikası sahələrində kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqatların genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Beynəlxalq səviyyədə əldə olunan bu nəticə AzTU-nun strateji inkişafının düzgün müəyyənləşdirildiyini göstərməklə yanaşı, beynəlxalq akademik mühitdə mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

"Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər - "Kristal"Digər

"Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər - "Kristal"

Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən "Park Yasamal" isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənə uyğun olanı tapmaqdır.

Bu gün
14:560
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət: "Nizami City" - FOTO - VİDEODigər

Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət: "Nizami City" - FOTO - VİDEO

Paytaxtın ən prestijli nöqtələrindən birində - metronun "Nizami" stansiyası, Qış parkı və əsas iş mərkəzlərinin kəsişməsində yerləşən "Nizami City" müasir şəhər sakininin bütün ehtiyaclarını qarşılayan bir ekosistem təklif edir. Artıq ilk mərhələdəki binalar yaşayışa təhvil verilib, inşası sürətlə davam edən yeni mərhələlərdə isə satışlar davam edir.

Bu gün
11:280
"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilərDigər

"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilər

Aprelin 27-də "EY Azerbaijan" və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən "Listinqin vergi baxımından üstünlükləri" seminarında listinqin yaratdığı imkanlar və səhm bazarında son dövrlərdə müşahidə olunan inkişaflar ətrafında müzakirələr aparılıb.

Bu gün
10:560
EY Azerbaijan və Bakı Fond Birjası listinqin vergi baxımından üstünlükləri mövzusunda seminar keçirdilərDigər

EY Azerbaijan və Bakı Fond Birjası listinqin vergi baxımından üstünlükləri mövzusunda seminar keçirdilər

Aprelin 27-də EY Azerbaijan və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən listinqin vergi baxımından üstünlükləri seminarında listinqin yaratdığı imkanlar və səhm bazarında son dövrlərdə müşahidə olunan inkişaflar ətrafında müzakirələr aparılıb.

Bu gün
10:560