
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
Gundem.today AZƏRTAC-a isinadən xəbər verir ki, əvvəl Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
"Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.
Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram".
Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.
Prezident Volodimir Zelenskinin bəyanatı
"Hörmətli cənab Prezident, çox sağ olun.
Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.
Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.
Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.
Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.
Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sah
Oxşar Xəbərlər
SiyasətRusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTO
"Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər".
SiyasətAzərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktub ünvanlayıb.
SiyasətAzərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB - FOTO
"Nyu-York şəhərinin meri Zohran Mamdani, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər".
SiyasətUkrayna prezidenti: "Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik"
"Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq".