Son dəqiqə
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötübBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
İqtisadiyyat

Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib

Bu gün
18:12
0 baxış
Paylaş:

Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.

Ölkəyə idxal edilən bəzi yanacaq növləri üzrə aksiz dərəcələri dəyişdirilib.

Gundem.today xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən verilib.

Qərara əsasən, mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) və dizel yanacağı üzrə aksiz dərəcələri yenilənib. Belə ki, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və oktan ədədi 95-dən az olan benzinlər, eləcə də qurğuşun miqdarı 0,013 q/l-dən çox olan analoji benzinlər üçün aksiz dərəcəsi 1 ton üçün 200 manat müəyyən edilib.

Eyni zamanda, digər qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manat təşkil edir.

Bununla yanaşı, qərara əsasən 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-dək olan dövrdə qeyd olunan yanacaq növləri üzrə aksiz dərəcəsi müvəqqəti olaraq 1 ton üçün 1 manat səviyyəsində tətbiq ediləcək.

Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həmin dövrdə idxal edəcəyi Aİ-92 markalı benzin və dizel yanacağı üçün yuxarı hədd də müəyyənləşdirilib. Belə ki, idxal həcmi müvafiq olaraq benzin üzrə 205 min ton, dizel yanacağı üzrə isə 201 min ton səviyyəsində müəyyən olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#yanacaq_idxalı#aksiz_dərəcələri#benzin_aksiz_vergisi#dizel_yanacağı#SOCAR#Əli_Əsədov#Nazirlər_Kabineti#Aİ-92_benzin#gömrük_rüsumları

Oxşar Xəbərlər

İçərişəhərin Qala divarlarının bərpa-gücləndirmə işləri aparılacaqİqtisadiyyat

İçərişəhərin Qala divarlarının bərpa-gücləndirmə işləri aparılacaq

İçərişəhərin Qala divarlarının İsmailiyyə sarayına bitişik hissəsində bərpa-gücləndirmə işləri aparılacaq.

Bu gün
20:000
Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırırİqtisadiyyat

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırır

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.

Bu gün
19:080
Ağdaşda sahibkarlarla görüş keçiriləcəkİqtisadiyyat

Ağdaşda sahibkarlarla görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş, Ucar və Göyçay rayonlarından olan sahibkarları qəbul edəcək.

Bu gün
15:240
SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTOİqtisadiyyat

SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretski ilə görüşüb.

Bu gün
14:000