Son dəqiqə
Türkiyədən maraqlı görüntülər: İstanbul boğazında delfinlər "rəqs ediblər" - FOTO - VİDEO"Apple"dan fotoşəkillərin redaktəsi ilə bağlı YENİLİKFariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNATRusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu olduQlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzəKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Cəmiyyət

Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ

26 mart 2026
20:26
1 baxış
Paylaş:

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.

Gundem.today xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunur. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir.

"Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", - deyə o bildirib.

Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.

"Özbəkistanda Tropilaelaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar".

B.Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.

"Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb", - deyə o əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNATCəmiyyət

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT

Sosial Xidmətlər Agentliyində yeni təyinat baş tutub.

Bu gün
03:010
Ucar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEOCəmiyyət

Ucar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO

Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.

Bu gün
01:360
Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEOCəmiyyət

Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO

Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.

Bu gün
01:360
Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq - VİDEOCəmiyyət

Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq - VİDEO

Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.

Bu gün
00:540