Son dəqiqə
Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıbDünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTOPrezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb"Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbMonqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olunduAvropa çempionatı: Dörd güləşçimiz qızıl medallar uğrunda mübarizə aparacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət

Azərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün
09:12
0 baxış
Paylaş:

Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Verilən məlumata görə, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu, Nizami, Xəzər və Nəsimi rayonlarında, Sumqayıt, Abşeron, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad, Masallı, Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad, Xaçmaz, Quba, Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_İmtahan_Mərkəzi_(DİM)#Buraxılış_imtahanları

Oxşar Xəbərlər

Qəbir yerlərini pulsuz əldə edə bilərsiniz - Qanun nə deyir? - VİDEOCəmiyyət

Qəbir yerlərini pulsuz əldə edə bilərsiniz - Qanun nə deyir? - VİDEO

Heç kimə sirr deyil ki, Azərbaycanda qəbir yerləri baha qiymətə satılır. Bu gün pulsuz torpaqlara minlərlə manat qiymət qoyulub, ölənə yer tapmaq belə bazar məsələsinə çevrilib.

Bu gün
05:000
Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZACəmiyyət

Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA

Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
01:140
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEOCəmiyyət

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.

Bu gün
00:000
Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEOCəmiyyət

Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEO

Mingəçevirdə güclü külək fəsadlar törədib.

Bu gün
23:240