Son dəqiqə
Azərbaycan Prezidenti: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"Nazir Arzu Qarazadəyə vəzifə verdi - FOTOTƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"İlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Cəmiyyət

Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

Bu gün
11:32
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

Ali Məhkəmədən Gundem.today-a verilən məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev izah verib.

Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.

Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Belə ki, sadə adam öldürmə (yəni qanunda göstərilən heç bir ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə - red.) cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. Belə ki, 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.

Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#cinayət_məcəlləsi#qəsdən_adam_öldürmə#azadlıqdan_məhrumetmə#ömürlük_həbs#ağır_cinayətlər#məhkəmə_hökmü#cəzaçəkmə_müəssisəsi#hüquqi_cəzalar#sumqayıt_ağır_cinayətlər_məhkəməsi#qanunvericilik

Oxşar Xəbərlər

Nazir Arzu Qarazadəyə vəzifə verdi - FOTOCəmiyyət

Nazir Arzu Qarazadəyə vəzifə verdi - FOTO

"Pirallahı Gənclər Evi" sosial xidmət müəssisəsinə yeni direktor vəzifəsinə təyin olunub.

Bu gün
12:520
TƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"Cəmiyyət

TƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"

"Bəzi kütləvi informasiya vasitələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur".

Bu gün
12:490
Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"Cəmiyyət

Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"

"Upsilon" şirkəti 2024-2025 ci illərdə Lerikdə internet xətti çəkilişlərinə başlayıb. Layihə çərçivəsində rayon üzrə 40-a yaxın şəxs işə cəlb olunub və onlarla əmək müqaviləsi imzalanıb.

Bu gün
12:440
Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcəkCəmiyyət

Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcək

Tərtərçay ətrafında sel və daşqın sularından mühafizə tədbirləri üçün işlər görüləcək.

Bu gün
12:320