Son dəqiqə
İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbBir sıra yollarda sürət həddi endirildiMasazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDITramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Ermənistanda əsgər güllə yarasından ölübGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ
Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ
Cəmiyyət

Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ

Bu gün
16:16
0 baxış
Paylaş:

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Gundem.today President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Yeni qanunla ödənişli avtomagistrallarda maksimum sürət həddi təsdiqlənib. Belə ki, ödənişli avtomagistrallarda sürət həddi saatda 130 kilometrdən çox olmamalıdır.

Bundan başqa, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddənin birinci hissəsinin 6-cı bəndi və "Avtomobil yolları haqqında" Qanunun 1-ci maddəsinin birinci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilib:

"avtomagistral - bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur".

Eyni zamanda 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilib:

"Qeyd:

1) nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər;

2) bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır".

Dövlət başçısı "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#İlham_Əliyev#Ödənişli_yol#Sürət_həddi#Azərbaycan#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Bir sıra yollarda sürət həddi endirildiCəmiyyət

Bir sıra yollarda sürət həddi endirildi

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Bu gün
22:000
TƏBİB-ə yeni icraçı direktor TƏYİN EDİLDİCəmiyyət

TƏBİB-ə yeni icraçı direktor TƏYİN EDİLDİ

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

Bu gün
20:140
Yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIBCəmiyyət

Yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIB

Cari ilin yanvar-fevral aylarında doğulan və ölən şəxslərin sayı açıqlanıb.

Bu gün
19:480
Yanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olubCəmiyyət

Yanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olub

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikah və 3 376 boşanma halı qeydə alınıb.

Bu gün
19:000