
Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.
Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.
Gundem.today xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4 final, qadınlarda yarımfinal mərhələsi başa çatıb.
50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər üç raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.
Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb - 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Muat Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.
Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.
Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı üçüncü yeri təmin ediblər.
Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Bakı Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən "Böyük İpək Yolu" beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİtaliya A Seriyası: "İnter" - "Roma" qarşılaşmasında qapılara yeddi qol vuruldu
İtaliya A Seriyasının 31-ci turunda "İnter" "Roma"nı qəbul edib
İdmanTürkiyə Superliqası: "Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO
Türkiyə Superliqasının 28-ci turunda "Fənərbağça" - "Beşiktaş" matçı baş tutub.
İdmanKİV: Zidan Fransa millisinə rəhbərlik etməyə razı oldu
Zinəddin Zidan Fransa yığmasının yeni baş məşqçisi olacaq.
İdmanXəstəxanaya yerləşdirilmiş Luçeskunun vəziyyəti pisləşib
Rumıniyalı məşqçi Mirça Luçeskunun xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti pisləşib.